
Bakı daha bir ilkə imza atdı
Yusif Sultanoğlu
06:02 28.11.2023
Siyasət
536
Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionu arasında əlaqələrin möhkəmlənməsi üçün etibarlı zəmin yarandı
Ötən günlərdə Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan xüsusi Zirvə görüşü keçirildi. Mötəbər tədbirdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmilər iştirak etdilər. Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdi. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv olan dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. BMT-nin belə bir mühüm proqramı təsis etməkdə əsas məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və onların dünya iqtisadiyyatına inteqrasiyanı dəstəkləmək idi. Bəs, 25 illik zaman kəsiyindən sonra bu gün SPECA-nı uğurla baş tutmuş Proqram kimi dəyərləndirmək mümkündürmü?
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg az"a açıqlamasında deyib ki, BMT-nin sözügedən proqramı qarşıya qoyulmuş məqsədlərin icrasına tam müvəffəq olub. Analitikə görə, ötən 25 il ərzində region ölkələrinin nail olduğu ən mühüm nəticələrdən biri də siyasi sabitlikdir:
"Cənab Prezidentin çıxışında SPECA-nın üzvü olan ölkələri Ermənistanla müqayisə etməsi və bu ölkənin hazırda bir neçə ağaya xidmət etdiyini vurğulaması isə gündəmə öz möhürünü vurdu. İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Ermənistan uğursuz və qeyri-müstəqil dövlətdir: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”. Çıxışında Ermənistanın ölkəmizə qarşı uzun illər ərzində işğalçı siyasətini davam etdirdiyini, lakin 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri nəticəsində, 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etməyimizə, Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoymağımıza toxunan dövlət başçımız hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, ermənilərin işğal illərində xarabalığa çevirdiyi ərazilərdə indi sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. İlham Əliyev Qarabağın bərpasına Qazaxıstan və Özbəkistanın da dəstək verdiyini bildirdi".

Ekspert vurğulayıb ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə sözügedən Zirvə toplantısının müvəffəqiyyətlə başa çatması, əlbəttə, Azərbaycan üçün mühüm nəticə hesab olunur:
"Çünki ötən iyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf etsə də, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir və hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Ona görə də Zirvə görüşünün keçirilməsi təklifi də məhz Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib. Azərbaycan Prezidentinin dəvəti ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının, eləcə də, Gürcüstanın və Macarıstanın baş nazirlərinin, Körfəz Əməkdaşlıq Şurasının baş katibinin iştirak etməsi tədbirin iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də rəsmi Bakının siyasi nüfuzunu göstərir. Bu baxımdan, Prezident İlham Əliyevin bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağına əminliyini bildirməsi heç də təsadüfi deyil. Bakı belə bir mötəbər tədbirə ev sahibliyi etməklə daha bir ilkə imza atdı və Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionu arasında əlaqələrin daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaratdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya