Baş nazir: Hökumət statistika sahəsinin inkişafına böyük önəm verir
Yusif Nəzərli
06:31 24.09.2025
Siyasət
460
Prezidentin təşəbbüs və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Hökuməti statistikanın inkişafına böyük önəm verir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda Baş nazir Əli Əsədov deyib.
O qeyd edib ki, son illər ərzində Azərbaycan statistika qurumu kifayət qədər inkişaf edib:
“Bu inkişaf həm metodoloji, həm də təşkilati baxımdan olduqca fərqlidir. Prezident və Hökumət statistik qurumun fəaliyyətindən razılıqlarını ifadə edirlər. O cümlədən, Prezidentin təşəbbüsü ilə Azərbaycan hökumət dəstək göstərərək son illər ərzində altı dövlət proqramını qəbul edib və həmin proqramlar ölkəmizdə statistikanın inkişafına xidmət edir.
Statistika elə bir alətdir ki, təkcə iqtisadiyyat deyil, bütövlükdə cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün əsas baza rolunu oynayır. Bu bazanı isə konkret statistik məlumatlar, rəqəmlər, diaqramlar və qrafiklər təşkil edir. Biz Azərbaycan hökuməti olaraq gündəlik fəaliyyətimizdə, demək olar ki, hər saat bundan istifadə edirik. Çünki inkişafı qiymətləndirmək üçün möhkəm bazalara, konkret rəqəmlərə əsaslanmaq lazımdır. Statistik məlumatlar isə atdığımız addımları düzgün qiymətləndirməyə imkan verir. Bu baxımdan, statistika hər bir cəmiyyətin, hər bir ölkənin və hər bir sahənin inkişafında mühüm rol oynamalıdır”.
“Təbii ki, bütün sahələrdə olduğu kimi, statistika da müasir dövrdə öz inkişaf mərhələsini yaşayır. Prezidentin Forum iştirakçılarına ünvanladığı məktubda da qeyd olunduğu kimi, rəqəmsal inkişaf, İT texnologiyaları, süni intellekt və yeni metodların tətbiqi statistikanı daha dəqiq, çevik və əlçatan edir”, - deyə Ə.Əsədov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat