
Blinkenin Cənubi Qafqaz planı: ABŞ tutduğu mövqedən əl çəkir?
12:23 28.11.2023
Siyasət
702
ABŞ Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
Bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib.
Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.
Dövlət katibi Blinken bunu qəbul edib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Turab Rzayev söyləyib ki, ABŞ Azərbaycan ilə münasibətlərini normallaşdırmaq niyyətindədir:

"Bunun üçün isə Amerikanın bir neçə səbəbi var. Birincisi ondan ibarətdir ki, ABŞ həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək istəyir. Eyni zamanda Rusiyaya qarşı öz təsir dairəsini artırmağa çalışır. Ancaq Cənubi Qafqazın əhali sayına, ərazisinə və iqtisadi gücünə görə ən böyük ölkəsi Azərbaycandır. Ona görə də Azərbaycan olmadan ABŞ-nin Qafqazda güclənməsi çətindir. Belə olan halda isə ABŞ Azərbaycan ilə münasibətləri bərpa etməyə niyyətlidir. Eyni zamanda yüksək rütbəli ABŞ nümayəndələri çox zaman ciddi təkliflər irəli sürürlər. Bu baxımdan ABŞ istəyir ki, Amerika rəsmiləri Azərbaycanın yüksək rütbəli şəxsləri ilə xüsusi məsələləri müzakirə etsinlər. Azərbaycan isə buna qarşı öz şərtini irəli sürüb. Çünki indiyə qədər ABŞ Azərbaycanın yüksək rütbəli rəsmilərinin ölkəyə səfərinə icazə vermirdi. Bu isə istər-istəməz Azərbaycanda narazılıq doğururdu. Entoni Blinkenin Cənubi Qafqazla bağlı planları, o qədər ciddidir ki, bu səfər üçün həmin şərti qəbul ediblər və indiyə kimi tutduqları mövqedən əl çəkiblər. Eyni zamanda ABŞ-nin Cənubi Qafqazda sülh istəməsi bəlli olur. Amerika düşünür ki, sülh baş tutsa, o, Ermənistanda möhkəmlənə və Rusiyanı oradan çıxara bilər. Əks halda ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi və Ermənistanı öz tərəfinə çəkməsi mümkün olmayacaq. Eyni zamanda ABŞ əmin olmalıdır ki, Ermənistana problem yaranmayacaq. Çünki Rusiya Nikol Paşinyan hakimiyyətini devirmək üçün ona qarşı ciddi düşmənçilik addımları ata bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya