“Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb”. Zatulinin bu çıxışından belə qənaətə gəlmək olar ki, Rusiyada hakimiyyətdə olan və ermənipərəst mövqeyi ilə tanınan bəzi dairələr mövcud vəziyyətdən istifadə etməyə çalışır.
Daha şimala boylanmayacaqlar...
Turan
08:48 06.07.2021
Siyasət
780
Zatulin ermənilərə xəyal qırıqlığı yaşadacaq
Sosial şəbəkələrin ermənilərə məxsus seqmentində daima ermənipərəst mövqeyi ilə seçilən, Rusiya-Ermənistan “Lazarev” klubunun təsisçisi, Dövlət Dumasının deputatı Konstantin Zatulinin Dağlıq Qarabağla bağlı fikirləri tirajlanmağa başlayıb. Zatulin bildirib ki, Moskva öz öhdəliklərindən boyun qaçırmağa və yayınmağa alışqan deyil. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır. Bu, Putinin canlı çıxışında da qeyd olunub:
“Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb”. Zatulinin bu çıxışından belə qənaətə gəlmək olar ki, Rusiyada hakimiyyətdə olan və ermənipərəst mövqeyi ilə tanınan bəzi dairələr mövcud vəziyyətdən istifadə etməyə çalışır.
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Şərq”ə vurğulayıb ki, Zatulin və onun kimilərin dilindən tez-tez belə ifadələrin səslənməsi təsadüfi deyil. Ekspertin sözlərinə görə, istər müharibə zamanı, istərsə də müharibədən sonrakı dövrdə Rusiyadakı bəzi dairələrin belə sərsəm ifadələr işlətməsi erməniləri arxayın salır:
“Bununla yanaşı, həm də Rusiyanın uzun müddət Cənubi Qafqazda, daha dəqiq desək, keçmiş “Dağlıq Qarabağ” coğrafi regionunda qalmaq niyyətindən xəbər verir. Rusiyadakı bəzi dairələrin atdığı bu addımlar Azərbaycan və Türkiyəni, eyni zamanda seçkilərdən sonra Qərbə inteqrasiya yolunu tutmuş erməni cəmiyyətini öz niyyətlərindən daşındırmağa xidmət edir. Eləcə də regionda marağı olan digər güclərin hərəkətə keçməsi və arxa planda üstüörtülü şəkildə aparılan təbliğatın dayandırılması üçün birgə cəhdlər edilməsinə fürsətlər yaradır. Zatulin və onun kimi xəyalpərəstlərə xatırlatmaq lazımdır ki, Azərbaycan 10 noyabr 2020-ci il üçtərəfli bəyannamədə Rusiyanın 5 il müddətində “sülhməramlı” funkisyanı yerinə yetirməsinə icazə verib. Zatulinlə ermənilərə verdikləri sözlərlə onlara yenidən xəyal qırıqlığı yaratmış olacaqlar. Ermənilərin Kremlə olan-qalan inamı da bu sözlərlə birgə bitəcək. Digər yandan belə açıqlamalar bizə Rusiyanın hansı niyyətdə olduğunu müəyyən edərək siyasətimizi qurmağa imkan yaradır. Hesab edirəm ki, bu məsələdə Azərbaycanın müvafiq qurumları qəti mövqe ortaya qoymalı, bununla bağlı olaraq Rusiyadan izahat tələb etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm