Deputat:“Həmsədrlər Qarabağa səfərdən yayınmaqla..."
07:33 11.07.2021
Siyasət
1128
"...30 il ərzində münaqişənin həllində yox, “status-kvo”nun saxlanmasında maraqlı olduqlarını təsdiqləyirlər”
"Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra həm də Qarabağda erməni terrorunun dünyaya təqdim olunması üçün imkan yaranıb. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Növbəti belə səfər Şuşa şəhərinə baş tutdu".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. O qeyd edib ki, Diplomatlar mövcud vəziyyətlə, eyni zamanda ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsinə dair faktlarla yerində tanış oldular:
"Bu vaxta qədər diplomatik korpusun Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Şuşa şəhərinə səfərdə 33 ölkənin səfiri, 13 ölkənin isə müvəqqəti işlər vəkili, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edirdi.
Lakin təəssüflə qeyd etməliyik ki, ABŞ, Rusiya və Fransanın, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndələri bu səfərə qatılmayıb. Haqlı sual yaranır-niyə? 27 il Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin bu səfərlərə maraq göstərməməsi sadəcə təəssüf doğurur. Çünki məhz həmsədr ölkələr belə səfərlərin nə qədər əhəmiyyətli olduğunu yaxşı bilir. İşğal dövründə Ermənistanın bu ərazilərdə törətdikləri vandallıq aktlarından da məhz vasitəçilər daha çox məlumatlıdır. Sadəcə, münaqişə dövründə olduğu kimi, post münaqişə dövründə də ədalətli mövqe ortaya qoymaqsan çəkinirlər. Elə bu səbəbdən həmsədrlərin nüfuzu Azərbaycanda aşağıdır və cəmiyyətin onlara etimadı yoxdur. Bu münasibəti vasitəçilər öz fəaliyyətsizlikləri ilə formalaşdırıblar. Özlərini işğaldan azad olunmuş ərazilərə təşkil edilən səfərlərdən kənarda saxlayan ATƏT MQ həmsədrlərinin nüfuzu indi daha da aşağı düşdü. Bir daha aydın oldu ki, həmsədr ölkələr münaqişənin həllindən daha çox, bölgədə “status-kvo” vəziyyətinin qorunub saxlanmasında maraqlı olub.
Diplomatik korpus nümayəndələrinin təəsüratlarına gəlincə, onlar da bu fikirləri bölüşür - Şuşa da daxil olmaqla heç bir ərazidə bərpa işlərinin aparılmaması göstərir ki, bu ərazilər hər zaman ermənilər üçün yad olub. Bu səbəbdən işğal dövründə talan, ekoloji və mədəni terror, urbisid fəaliyyətilə məşğul olublar. Azərbaycan öz tarixi torpaqlarında qısa vaxtda genişmiqyaslı quruculuq və bərpa işləri aparmaqla öz gücünü və böyük potensialını aydın nümayiş etdirir. Ermənistan Qarabağı boz zonaya çevirdiyi halda Azərbaycan bu əraziləri regionun ən abad və inkişaf etmiş bölgəsinə çevirməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm