
Ekspertdən sərt xəbərdarlıq: Ermənistanın növbəti səhvi onun mövcudluğunu sual altına salacaq
12:37 16.09.2024
Siyasət
651
Ermənistanın son zamanlar müxtəlif Qərb ölkələri tərəfindən silahlandığının şahidi olurur. Eyni zamanda Ermənistan Amerika Birləşmiş Ştatları ilə intensiv şəkildə təlimlər həyata keçirir. İndi isə Ermənistan ordusunun zirehli texnikalarının hərəkətini əks etdirən görüntülər yayılıb. Bu barədə “Bez Tormozov” kanalının yaydığı görüntülərdə haubitsaların daşındığı əks olunub. Hərbi maşın karvanının hərəkət istiqaməti və məqsədi haqda məlumat yoxdur.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan uzun müddət işğal altında saxladığı Azərbaycan ərazilərində hərbi təlimlər keçirir və oraya hərbi texnikalar gətirirdi:

“Hətta Rusiya və dünyanın bir neçə ölkəsindən silahlar alırdı. Daha sonra hərbi paradlarında həmin silahları reklam edərək dırnaqarası güclü ordusu olduğunu göstərirdi. Eyni zamanda guya keçilməz Ohanyan xətləri var idi.
Azərbaycan Ordusu isə 40 dəqiqə ərzində Ohanyan xəttini darmadağın edərək 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi. Həmin silahlar isə Bakıda qənimətlər parkındadır. İndi isə Ermənistanın texnikasını nümayış etdirərək belə görüntülər yaymasının bir neçə səbəbi var. Birinci Ermənistan cəmiyyətində və ordusunda ciddi məyusluq mövcuddur.
“Qəhrəman Ermənistan ordusu” və “Böyük Ermənistan ordusu” miflərinin hamısı Azərbaycan tərəfindən darmadağın olundu. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin nə qədər güclü olduğunu bildiyinə görə vəziyyətdən çıxmaq üçün cəmiyyətinin və ordusunun psixoloji durumunu düzəltməyə çalışır. Həmçinin Hindistan, Fransa kimi ölkələrdən silahlar alır və müxtəlif bəyanatlar səsləndirir".
Ekspert əlavə edib ki, Ermənistanın bu silahlanmasının kimə və nəyə hesablandığı sual doğurur:
" Ermənistanın Türkiyə, İran, Azərbaycan və Gürcüstan olmaqla 4 qonşu ölkə ilə həmsərhəddir. Ən böyük sərhəd olduğu ölkələr isə Azərbaycan və Türkiyədir. Lakin Ermənistanın sözügedən ölkələrin hansıylasa müharibə etmə gücü mövcud deyil. Belə olan halda Ermənistanın əlində olan pulları silaha verməsi ağılsızlıqdır. Görünən odur ki, Ermənistan xəstə təfəkküründən əl çəkə bilmir. Çünki daxili sabitlik üçün Daxili Qoşunlar və polis yetərlidir. Ona görə də yaxşı olardı ki, Ermənistan iqtisidiyyatının yaxşılaşdırılmasına və digər daxili promlemlərinin həllinə çalışsın. Ermənistanın növbəti səhvi onun mövcudluğunu sual altına salacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət