
Etiraz səsləri: Tehrana ciddi xəbərdarlıq!
09:35 25.11.2023
Siyasət
761
Rəsmi Tehran bundan nəticə çıxartmazsa, etiraz sadəcə kampaniyalarla məhdudlaşmayacaq
Astara sakinləri kampaniya başladaraq hökumətdən Güney Azərbaycanın bu tarixi şəhərinin yenidən Ərdəbil əyalətinə birləşdirilməsini tələb ediblər. Astara şəhəri və Heyran aşırımı tarixi Azərbaycan əraziləridir. Güneyli milli fəal Qədir Cəliloğlu "Axar.az"a bildirib ki, pəhləvi hökuməti Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək və Azərbaycanı mühasirədə saxlamaq məqsədilə Astaranı Şərqi Azərbaycan əyalətindən ayıraraq Gilan bölgəsinə birləşdirib. O bildirib ki, pəhləvilərin siyasətinin davamı olaraq İran hökuməti talış və gilək azlıqlarını Astaraya köçürməklə, bu türk şəhərinin demoqrafik tərkibini dəyişməyə çalışır: “Mərkəzi Rəşt şəhəri olan Gilanda, təxminən, iki milyon beş yüz min əhali yaşayır. Bu əyalətdə türk, gilək, talış, tat, lor kimi müxtəlif etnik qruplar var. Şimaldan Xəzər dənizi və Azərbaycan, qərbdən Ərdəbil, cənubdan Zəncan və Qəzvin, Şərqdən isə Mazandaran vilayəti ilə birləşir. Astara, Lundvil, Çobar, Haveyq və Lisar kimi yerlərdə əksəriyyət türklərdir. Rudbar, Məncil və Luşan kimi kiçik şəhərlər gilək, türk, lor və kürdlərdən ibarətdir". O qeyd edib ki, bəzi farspərəst məmurlar tərəfindən etnik məhdudiyyətlər və ayrı-seçkiliklər, eləcə də, pantalaşçılar tərəfindən Gilan vilayətinin (Azərbaycan) türklərinə qarşı antitürk meyillərinə rast gəlinir. Astara Şərqi Azərbaycanın tərkibində idi. Ərdəbil əyalətinin yaranmasından sonra Gilana verildi. Bu, Azərbaycan əyalətinin müxtəlif adlara parçalanaraq kiçildilməsi siyasətidir”. O bildirib ki, Azərbaycan türkləri bununla bağlı daim mübarizə apararaq, öz torpaqlarını qorumağa məcburdur: “Bu məsələ bəzən xalqlar arasında münaqişəyə çevrilir. Gilan təmsilçiləri yol nişanları quraşdıraraq türk xalqını sıxışdırıb hegemonluq etməyə çalışırlar. Hətta son hadisədə İranın xəbər aparıcısı Şəhram Fərhadi adlı şəxs Astaranın ilhaqını tələb edən türklərə hücum edib, onların Ərdəbilə aid olduğunu təhqiramiz tonda deyib, Astaranın Ərdəbilə birləşməsinə icazə verməyəcəyi ilə hədələmişdi. Bundan sonra türklər Astaranın ilhaqını tələb edən imzatoplama kampaniyasına başlayıb”.
Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, İran adlanan ölkədə Pəhləvilər hakimiyyətə gəldikdən sonra Azərbaycanın bölünməsi və parçalanması siyasətini həyata keçirməyə başladılar. Alim vurğulayıb ki, əvvəlcə vahid Azərbaycan əyalətini şərq və qərb ostanlıqlarına böldülər, sonra bölünmüş bölgələri də böldülər:

"Bölünən ərazilərimizdən biri də Astara və onun ətrafındakı qəsəbə və kəndlərdir. Astara və ətrafında türklər çoxluq təşkil edir. Türklərlə yanaşı, digər etnik qruplar - talışlar, kürdlər, giləklər və başqaları da var. Ancaq Azərbaycanı əvəlcə şərq və qərbə bölən pəhləvilər sonrakı dövrlərdə Ərdəbilə aid olan Astaranı Gilan ostanlığına birləşdirdirlər. Gilanın əsas mərkəzi Rəştdə də türklər kifayət qədərdir. Astara sakinlərinin yenidən Ərdəbilə, Şərqi Azərbaycana bağlanması tələbləri, apardıqları kampaniya təbiidir. Tehran rejiminin bu addımlarının məqsədi bəllidir. Azərbaycanı müxtəlif adlarla kiçiltmək və Azərbaycan adını aradan qaldırmaq niyyəti güdürlər. Ona görə də Astarada başlanan kampaniyanın sürətlə yayılacağını, soydaşlarımızın buna dəstək verəcəyini düşünürəm. Əgər İran adlanan ölkə Azərbaycanı parçalamaq siyasətini həyata keçirirsə, biz də əksinə, Azərbaycanı bütövləşdirmək və vahidləşdirmək siyasətini həyata keçirməliyik. Belə aksiyaların olması, etiraz səslərinin ucalması Tehrana ciddi xəbərdarlıqdır. Rəsmi Tehran bundan nəticə çıxartmazsa, etiraz sadəcə kampaniyalarla məhdudlaşmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm
SEPAH ABŞ-nin dörd ölkədəki hərbi bazalarına zərbə endirdi
09:55 02.09.2026
Dünya