Fazil Mustafa: “Prezident irad bildirməzdən öncə deputatlar anlamalı idilər”
Fidan Həmişəyeva
07:25 25.12.2019
Siyasət
819
Prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Ölkə başçısı yerli jurnalistlərə bildirib ki, parlament seçkiləri çox önəmli hadisədir:
“Yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir”.
Prezidentin söylədiklərini Sherg.az-a dəyərləndirən Milli Məclisin 5-ci çağırış deputatı Fazil Mustafa bildirib ki, ölkə başçısının yanaşması çox düzgündür:
“Əslində Prezident ona işarə edir ki, biz seçicinin hesabına təmsilçilik əldə edirik. Ona görə də ən azı halallıq baxımından seçiciyə dəyər vermək, onların şikayətini dinləmək lazımdır. Seçicilərlə əlaqələri kəsmək kimi addımlara rəvac vermək olmaz. Məsələn, hazırda bütün seçicilərlə təmasım olur, hətta telefon nömrəm də da seçicilərimdə var. Sosial şəbəkə vasitəsilə də onlar birbaşa olaraq mənimlə əlaqə saxlaya bilirlər. Sosial şəbəkədə elə bir şərait yaratmışam ki, mesajla hansısa ərizələrini göndərə bilirlər. Bu, o, deməkdir ki, artıq seçicinin səni axtarmağına ehtiyac qalmır. Məhz bu səbəblərdən Prezidentin iradı kifayət qədər haqlıdır. Əslində bunu irad bildirməzdən öncə deputatlar anlamalı idilər. Çünki hər biri yetkin insanlardır, hər hansı bir şəkildə diqqətsiz yanaşma yolverilməzdir. Ona görə də prezidentin bu açıqlamasını haqlı sayıram. Hesab edirəm ki, bu kimi məsələlərdə xüsusilə yeni seçilən deputatlar mütləq həssaslıq göstərməlidirlər”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region