Lavrov məntiqsiz paralel aparıb! – “Sərhədlərin delimitasiyası bütün zolaqlar..."
Yusif Nəzərli
12:49 14.06.2022
Siyasət
1099
“Rəsmi Bakının istinad etdiyi xəritələr əsas götürüləcək”
Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandı və Ermənisanın baş naziri Nikol Paşinyan “gizli şəkildə” “təslim aktı”na qol çəkdi. Ardınca Azərbaycan rəhbərliyi sərhədlərin müəyyənləşməsi istiqamətində fəaliyyətə başlamaq təklifini irəli sürdü.
2022-ci ilin may ayında Azərbaycan - Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradılması gerçəkləşdi.
Bu gün isə N.Paşinyan “Al-Jazeera”ya müsahibəsində sərhədlərin müəyyənləşməsindən danışıb. Erməni baş nazir bildirib ki, Azərbaycanla Ermənistanın delimitasiya və sərhədlərin təhlükəsizliyi üzrə milli komisiyası Qarabağla əlaqədar deyil. Onun sözlərinə görə, rəsmi Bakı ilə İrəvan arasında biri delimitasiya üzrə olmaqla müxtəlif formatda ünsiyyət var: “Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Danışıqların üçüncü istiqaməti də var. Bu, regional nəqliyyat və iqtisadi kommunikasiyanın blokdan çıxarılmasıdır”.
Qeyd edək ki, Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabitliyi, təhlükəsizliyi təmin etməkdən ibarətdir.
Siyasi analitik Aqşin Kərimovun qənaətincə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin sərhəd delimitasiyası kontekstinə daxil edilməsi düşüncəsi diletant yanaşmadır:
"Delimitasiya sərhədə məxsus bir anlayış və prosesdir. Görünür, Sergey Lavrov ya yorğunluqdan, ya da bilərəkdən Fərrux dağı ilə sərhəd arasında məntiqsiz paralel aparıb. Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiyası bütün zolaqları əhatə edəcək və Bakının istinad etdiyi xəritələr əsas götürüləcək.
Azərbaycanın Ermənistanla sərhəddə möhkəmlənməsi və ya mövqelərini əhəmiyyətli dərəcə irəli çəkməsi İrəvanın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərlə olan bağını itirir.
Bu, Azərbaycanın böyük hərbi-siyasi və iqtisadi basqısı altında reallaşır.
Belə təqdirdə, İrəvandan Qarabağla bağlı verilən bəyanatlar yalnız " gözə kül üfürmək" məqsədi daşıyır. Çünki Ermənistan Azərbaycanın yaratdığı mühasirənin miqyasını bilir. Çərçivədən kənara çıxma zamanı ona hansı “güllə” atılacağını da başa düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region