MDB Baş katibi: Əminik ki, bütün beynəlxalq müşahidəçilər seçkiyə obyektiv qiymət verəcəklər
MDB Baş katibi: Əminik ki, bütün beynəlxalq müşahidəçilər seçkiyə obyektiv qiymət verəcəklər
10:23 07.02.2024
Siyasət
475
“Yanvarın 17-dən Azərbaycanda fəaliyyət göstərən MDB ölkələri missiyasına 169 nümayəndə daxildir”.
Sherg.az xəbər verir ki, bunu jurnalistlərə müraciətində MDB Baş katibi Sergey Lebedev deyib.
“Biz bura xoşməramlı missiya ilə gəlmişik, çünki Azərbaycan Müstəqil Dövlətlər Birliyinin ayrılmaz hissəsidir və iqtisadi, humanitar əməkdaşlıq və digər məsələlərdə fəal iştirak edir. Biz hamımız sülhdə, MDB məkanında sabitlikdə maraqlıyıq”, - Baş katib bildirib.
Onun sözlərinə görə, müşahidəçi missiyasına MDB ölkələrindən olan parlamentarilər, MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçilər qrupu daxildir. “Bizim missiyaya parlamentarilərlə yanaşı, MDB ölkələrinin diplomatları, mərkəzi seçki komissiyalarının üzvləri və onların rəhbərləri, MDB İcraiyyə Komitəsinin əməkdaşları, seçki qanunvericiliyi üzrə ekspertlər daxildir”, - Lebedev vurğulayıb.
Baş katib Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün dəvətə görə təşəkkür edib.
“Bu növbədənkənar seçkilər məhz respublikadakı dəyişmiş şəraitlə, Azərbaycan Respublikasının bütün ərazisində prezident seçkilərinin keçirilməsi zərurətindən irəli gəlir”, - Sergey Lebedev vurğulayıb.
MDB baş katibi həmçinin bildirib ki, 8 nəfərdən ibarət kiçik müşahidəçilər qrupu Azərbaycan Respublikasının bir çox rayonlarına səfər edib, orada səsvermə prosesini müşahidə ediblər.
Bakıda bir sıra seçki məntəqələrində olar Lebedev deyib ki, səsvermə insanların böyük fəallığı ilə keçirilir: “Seçkilərdən əvvəl çox böyük hazırlıq işləri aparılıb. Son iki ayda MSK və dairə seçki komissiyaları həm Bakıda, həm də regionlarda prosesin bütün iştirakçıları üçün treninqlər təşkil ediblər. İnsanlara seçicilərlə necə davranmaq, səsvermənin gedişini necə izləmək öyrədilib. Bu iş hədər getmədi, bunu bütün seçki məntəqələrində aydın şəkildə təşkil olunmuş səsvermə sübut edir. Qərb müşahidəçilərinin bir neçə il əvvəl verdiyi tövsiyələrə görə, bir çox seçki məntəqələrində videomüşahidə sistemləri quraşdırılıb, üstəlik, girişdə seçicilər “görünməz mürəkkəblə” qeydə alınır. Bu, bəzi yenidən səs verməsinin qarşısını almağa kömək edir. Biz hələ ölkəyə gəlməmişdən Azərbaycan Respublikasının seçki qanunvericiliyini təhlil etməyə başlamışıq və Azərbaycanın Seçki Məcəlləsinə bəzi müsbət dəyişikliklərin edildiyini görmüşük. Biz namizədlərin irəli sürülməsi, onların qeydə alınması prosesini təhlil etdik və seçkilərin müsabiqə əsasında, yeddi namizədin iştirak etdiyi faktını qeydə aldıq. Namizədlərin tərcümeyi-hallarının təhlili göstərir ki, bunlar hamısı sanballı, bir-iki ali təhsilli, müəyyən təcrübəyə malik insanlardır ki, bu da seçki kampaniyasında iştirak etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bütün namizədlərə bərabər imkanlar verilib”.
MDB Baş katibinin sözlərinə görə, bütün namizədlərə bərabər imkanlar verilib: “ATƏT, ŞƏT, TDT-dən xeyli sayda beynəlxalq müşahidəçinin gəlməsi onu göstərir ki, Azərbaycanda seçkilərə çox böyük maraq var. Biz həqiqətən ümid edirik ki, təkcə MDB ölkələrindən olan müşahidəçilər deyil, digərləri də Azərbaycanda keçirilən seçkilərə obyektiv qiymət verəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə