Millət vəkili: "Azərbaycana dünyada böyük etimad var"
11:25 24.09.2025
Siyasət
440
"Ölkəmizin potensalı, imkanları getdikcə artmaqdadır"
"Nyu-Yorkda dünyanın nüfuzlu şirkətlərinin Azərbaycan prezidenti ilə görüşə xüsusi maraq göstərməsi bir daha onu göstərir ki, Azərbaycana dünyada böyük etimad var".
Bu barədə millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib.
Deputat bildirib ki, Azərbaycanın Vətən müharibəsində öz qələbəsini təmin etməsi ölkəmizin nüfuzunu daha da artırıb:
"Dünyanın bir çox nüfuzlu şirkətlərinin rəhbərləri cənab Prezidentlə görüşə can atırlar. Bu şirkətlər sıradan təşkilatlar deyil. Onlar Azərbaycanın gündən-günə inkişafını görərək ölkəmizlə əlaqələri daha da möhkəmləndirməyə, gücləndirməyə çalışırlar. Bugün Azərbaycan müxtəlif sahələrdə öz imkanlarını, uğurları atrırmaqdadır. İnnovasiya, logistika sahəsində inkişaf göz önündədir. Yeni hava limanları inşa olunur, yeni strukturlar yaradılır, yeni layihələr icra olunur. Azərbaycana dünyada böyük etimad var Bütün bunlar ölkəmizi dünyada maraqlı edir".
Parlament üzvü qeyd edib ki, Azərbaycanın potensalı, imkanları getdikcə artmaqdadır:
"O baxımdan dünyanın aparıcı ölkələri və nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Dövlət başçısının qeyd etdiyi ki, Azərbaycan müxtəlif investsiya layihələrini həyata keçirir. Çin və BƏƏ, ABŞ şirkətləri Azərbaycana investisiya yatırımında istəklidirlər. Bunların hamısı Azərbaycanın daha çox güclənməsinə, möhkəmlənməsinə, inkişafına yönəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region