Natiq Cəfərli: REAL-da sədr olmaq həm asandır, həm də çətin
10:52 23.09.2024
Siyasət
475
Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib. Bu barədə partiya məlumat yayıb. Bildirilib ki, partiya Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib. Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.
“Sherg.az” Natiq Cəfərlinin özü ilə əlaqə saxlayıb.
O bildirib ki, İlqar Məmmədovun SK-nin sədri vəzifəsindən istefa verməsinə, publik siyasətdən imtina etməsinə qarşıdır:
“İlqar bəy aramızda ən çox siyasi təcrübəsi olan şəxsdir və qərarına hörmətlə yanaşmaqdan başqa carəmiz yoxdur.Amma İlqar Məmmədova təşəkkür edirəm ki, Siyasi Komitətə qaldı, partiyanın idarə edilməsinə öz əvəzsiz tövhəsini verməkdə davam edəcək. Məhz İlqar bəy REAL-ın dövlət qeydiyyatına düşməsinə, Parlament Partiyasına çevrilməsinə, partiyamızın daim siyasi gündəmdə olmasına nail olan şəxsdir – Siyasi Komitə adından ona fəaliyyətinə görə təşəkkür edirəm və inanıram ki, REAL-ın güclənməsinə çalışacaq”.
Ekspert qeyd edib ki, REAL fərqli partiyadır:
“REAL-da sədr olmaq həm asandır, həm də çətin. Ona görə asanddır ki, REAL-ın Siyasi Komitəsində ölkədə intellektual səviyyəsi, iş və həyat təcrübəsi, savadı çox yüksək olan şəxslər toplanıb, kollektiv ağıl, kollektiv qərarvermə mexanizmi mövcuddur. SK-nın sədri əsas qərarverici orqan olan Siyasi Komitənin stareji qərarlarını yerinə yetirməklə mükəlləfdir. Ona görə çətindir ki, ölkədə siyasət institutu yox olmaq təhlükəsi ilə üz-üzədir, seçkiyə inam aşağı səviyyədədir, vətəndaş iştirakçılığı zəifdir. Belə olan halda seçki və vətəndaş aktivliyini öz əsas strategiyası elan edən partiya üçün, onun sədri üçün belə şəraitdə partiya idarə etmək çox çətindir. REAL-ın əsas vəzifələrindən biri vətəndaş cəmiyyətinin aktivləşməsinə xidmət etmək, ölkənin problemlərini tək sadalamaqla qalmamaq, çıxış yollarını əsaslandırılmış çəkildə cəmiyyətə təqdim etməkdir. Bu sahədə boşluqlarımızı təsbit edərək, daha verimli taktiki və srateji addımlarımız olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm