Nəhəng korrupsionerin qurduğu partiya: At izi, it izinə qarışıb
Fidan Həmişəyeva
08:15 25.11.2019
Siyasət
741
“Azərbaycan müstəqil və suveren bir dövlətdir. Ölkəmizdə vətəndaşların siyasi seçim hüququ Konstitutsiya tərəfindən təsbit edilib. Əlbəttə ki, dövlətimiz hər bir vətəndaşın mövqeyindən asılı olmayaraq siyasi təşkilatlarda birləşmə hüququnu tanıyır”.
Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Analitik bildirib ki, vətəndaşların siyasi təşkilatlarda birləşməsi onların hüququdur:
“Lakin həmin adamlar birləşən zaman nəzərə almalıdırlar ki, cəmiyyət onlara necə təpki göstərəcək. Əli İnsanov ən nəhəng korrupsioner və rüşvət içində boğulan, buna görə də həbs cəzası alan, Prezident İlham Əliyevin lütfi sayəsində azadlığa buraxılan bir şəxsdir. Onun siyasi partiya qurub siyasi iddialarla çıxış etməsi absurddan başqa bir şey deyil. Bu adam onsuz da özünü batırmış bir şəxsdir. Əlbəttə ki, belə bir şəxs siyasi iddialarla çıxış etməməlidir. Eyni zamanda görünür ki, onun ətrafında birləşən adamlar siyasi uzaqgörüənlikdən uzaq olan və siyasətdən anlayışı olmayan şəxslərdir".
A.Həsrət qeyd edib ki, partiyada bəzi adamların adını görəndə çaşıb qalıb:
"Çünki onlar heç vaxt siyasətdə olmayıblar və yaşlı-başlı adamlardır. Yəni, həmin şəxslər heç vaxt fəal siyasətdə gözə dəyməyiblər və birdən-birə siyasi partiya qururlar. Sadəcə təəssüfləndiyim bir məqam var. Milli şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə gedib Əli İnsanov kimi bir dələduzla birləşib. Belə bir adamla birlikdə partiya qurmaq sevdasına düşüb. Açığı at izi, it izinə qarışıb. Yəni, kimin əli kimin cibindədir anlamaq olmur. Amma bütün bunlar Azərbaycanda siyasi ab-havanı dəyişməyəcək. Çünki Azərbaycanda dayanıqlı iqtidar partiyası və hakimiyyət var. Dünyanın qəbul etdiyi Prezidentimiz və Birinci vitse-prezidentimiz var. Ölkəmizdə möhkəm siyasi komanda mövcuddur. Uzun illər siyasi təcrübəsi olan qüvvələr hakimiyyətimizin qarşısına çıxa bilməyibsə, Əli İnsanov kimi biri partiya qurub İlham Əliyevin qarşısına çıxacaq gücdə və ağılda deyil. İstənilən halda onların işinə qarışmırıq. Sadəcə olaraq ürək bulandıracaqlarını bilirik. Ona görə də bəzən belə şərhlər verməkdə davam edəcəyik”.
Qeyd edək ki, keçmiş Səhiyyə naziri Əli İnsanov Haqq Ədalət Partiyası yaradıb. Bu barədə o, Feysbuk səhifəsində məlumat verib. Səsvermə yolu ilə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçilib. Təşkilat Komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya