
Orban Azərbaycana gəlir-PƏRDƏARXASI
11:14 23.11.2023
Siyasət
371
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlir.
Bu barədə Baş nazir Orbanın ofisindən bildirilib.
"Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
Konfransdan əvvəl Baş nazir Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq" , - məlumatda deyilir.
Viktor Orbanın Azərbaycana səfərini "Sherg.az"a dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Macarıstan Azərbaycan, Türkiyə və Qətərlə qazın nəqli ilə bağlı bir neçə saziş imzalayıb:
"Avropa İttifaqının maliyyə dəstəyinin az olmasına baxmayaraq, Macarıstan qaz infrastrukturunun imkanlarını genişləndirmək üçün Cənub-Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Macarıstanda 50 milyon kubmetr qazın saxlanmasını nəzərdə tutan qaz tədarükü sazişinin təşəbbüskarı olub və qaz axını artıq başlayıb. Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstanın MVM CEE Energy və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcəyini bildirmişdi. Azərbaycanın enerji daşıyıcıları, Avropa üçün mühüm əhəmiyyətə malikdir".

Politoloq qeyd edib ki,Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın qaz resursları getdikcə daha böyük tələb görür:
"Ümumiyyətlə, Rusiyanın Avropaya qaz təchizatının altı dəfədən çox aşağı düşməsi, Azərbaycan qazına marağın təbii ki artmasına səbəb olub. Azərbaycanın bu günə qədər qurduğu TAP və TANAP layihələri Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir, o cümlədən Macarıstan da əlavə olaraq bu xəttlə 1 milyard kub metrə yaxın qaz almağı düşünür. Azərbaycan tarixində ilk dəfə idi ki, artıq 10 milyard kub metr qazının çatdırılmasını Avropaya bacardı. Bu il isə 11 milyard olması gözlənilir. Azərbaycan 2027-ci ilə qədər Azərbaycan Avropa İttifaqına əlavə olaraq daha 10 milyard kub metr qazın verilməsini planlaşdırır. Bu anlamda Azərbaycan qazının böyük əhəmiyyəti var. Söhbət ondan getmir ki, Azərbaycan qazı Avropanın ehtiyaclarını tam ödəmək qabiliyyətinə qadir deyil. Avropanın qaz tələbatı illik təqribən 500 milyard kub metrdir. Azərbaycanın təqdim edəcəyi qaz isə cəmi 21 milyard olacaq. Azərbaycan qazının əhəmiyyəti ondan ibarətdir ki, ən çox Rusiyanın qazından aslı olan Cənubi və Şərqi Avropa ölkələrinə çatdırılma imkanları var. Həmin ölkələrin ərazicə kiçik olması, daha az qaz tələbatı yaradır. Az tələbatı da Azərbaycan ödəyə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə