Parisdən gələn ZƏNG ! – «Aparıcı ölkələr çox gözəl başa düşür...»
Yusif Nəzərli
11:20 02.03.2022
Siyasət
982
«Biz sülh mövqeyində dayanmışıq və dövlətlərin ərazi bütövlüyünü ən vacib dəyər sayırıq»
«Təbii olaraq belə bir mövqeyin sahibi ilə müzakirələr aparmaq bu ölkələrin özləri üçün də önəmlidir»
« Bir sıra ölkə rəhbərləri öz işlərinə olan münasibətləri ilə dünyanı bugünkü xaotik vəziyyətə salıblar. Artıq o həddə çatıb ki,onlar nüvə silahından istifadə məsələsini gündəmə gətiriblər. Bizsə regionda sülh yaratmışıq”
Martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Liderlər söhbət zamanı Ukraynada cərəyan edən böhranlı vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələlərini müzakirə ediblər. Danışıq zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Danışığı «Sherg.az»a dəyərləndirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri,millət vəkili Səməd Seyidov bildirib ki, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra tamamilə başqa bir müstəviyə keçdi:
“Bunu yalnız biz yox, dünyanın aparıcı ölkələri də çox gözəl başa düşür. NATO baş katibi Yents Stolberqin ölkə başçımıza zəngi, Polşa rəhbərliyinin onunla məsləhətləşmələr aparması, cənab İlham Əliyevin Zelinskinin özü ilə də Ukrayna məsələsini müzakirə etməsi rəsmi Bakının mövqeyinin hər bir ölkə üçün əhəmiyyətli olduğunu göstərir”.
S.Seyidov vurğulayıb ki, biz sülh mövqeyində dayanmışıq və dövlətlərin ərazi bütövlüyünü ən vacib dəyər sayırıq:
«Təbii olaraq belə bir mövqeyin sahibi ilə müzakirələr aparmaq bu ölkələrin özləri üçün də önəmlidir. Bir sıra ölkə rəhbərləri öz işlərinə olan münasibətləri ilə dünyanı bugünkü xaotik vəziyyətə salıblar. Artıq o həddə çatıb ki,onlar nüvə silahından istifadə məsələsini gündəmə gətiriblər. Bizsə regionda sülh yaratmışıq”.
Millət vəkilinin qənaətincə, indi dünya ölkələri hazırkı mürəkkəb vəziyyətdən çıxmaq qabiliyyətinə malik dövlət rəhbərləri ilə müzakirələrə xüsusi önəm verirlər:
“Böyük dövlət başçılarının cənab Prezidentə zəngləri digər tərəfdən də buna hesablanıb. Hələ belə zənglər çox olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya