
Parlamentari: Azərbaycanla Türkmənistanı birləşdirən amillər çoxdur
11:43 16.07.2025
Siyasət
449
Azərbaycanla Türkmənistan arasında tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək:
“Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq”.
Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a bildirib ki, Azərbaycanla Türkmənistanı birləşdirən amillər çoxdur:

"Xalqlarımız arasında dərin tarixi əlaqələr, ortaq soykök və dil birliyi mövcuddur. Eyni zamanda, zəngin mədəni irsimiz və mədəniyyət ortaqlığımız bu əlaqələri daha da möhkəmləndirir. Son dövrlərdə Azərbaycan və Türkmənistan arasında iqtisadi, siyasi və diplomatik əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. İki ölkə arasında ticarət, mədəni və humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Orta Dəhliz üzərində strateji mövqeyə malikdir və Cənubi Qafqazda iqtisadi, siyasi və hərbi gücə sahib olan əsas ölkələrdən biridir. Azərbaycanın yaratdığı geosiyasi reallıqlar və Xəzər dənizi vasitəsilə Şərqə, xüsusilə Türkmənistana çıxışı, ticarət əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələrinin genişlənməsinə və ümumilikdə Şərq istiqamətində ticarət potensialının artmasına şərait yaradır. Bununla yanaşı, Türkmənistan da Xəzər dənizi vasitəsilə Qərbə, Avropa və Aralıq dənizi regionlarına çıxış imkanı əldə edir".
Deputat əlavə edib ki, hər iki ölkənin iqtisadiyyatında neft və qaz sektorları mühüm yer tutur:
"Bu sahədə əməkdaşlıq artıq real nəticələr verməkdədir. Eyni zamanda, yaşıl enerji və digər sahələrdə əməkdaşlıq imkanları da genişlənməkdədir. Azərbaycan və Türkmənistan arasında ticarət əlaqələrinin güclənməsi hər iki dövlətin iqtisadi inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti ilə Türkmənistan Xalq Məsləhətinin sədrinin bugünkü görüşü ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasında mühüm rol oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya