Politoloq: Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir
11:40 16.09.2024
Siyasət
500
"Biz Azərbaycan və Ermənistan arasında 2024-cü ildə şiddətli atışmaların davam edəcəyini gözləmirik. Çünki sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub". Bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib. EIU-nun proqnozuna görə, sülh müqaviləsi 2024-cü ildə imzalanmayacaq. Buna baxmayaraq səmərəli danışıqlar davam edəcək: "Azərbaycan və Ermənistan öz sülh müqaviləsinin şərtlərini müzakirə etməyə davam edəcək və cənab İlham Əliyev razılaşmanın şərtlərini diktə edəcək. Ermənistan Dağlıq Qarabağa iddiasından əl çəkmək üçün konstitusiyasına dəyişiklik etməli olacaq. Yalnız bundan sonra sülh müqaviləsi imzalanacaq".
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, yekun sülh müqaviləsinin 2024-cü ildə imzalanmasından söhbət gedə bilməz:
“Çünki Azərbaycanın Ermənistanın ərazi iddiası ilə bağlı konkret şərtləri var. Həmin şərtləri yerinə yetirmək üçün isə Ermənistan konstitusiyanı dəyişməlidir. Bunu da Nikol Paşinyan 2027-ci ildə referendum keçirməklə həyata keçirməyi planlaşdırır. İndiki şəraitdə sadəcə prinsiplər əsasında çərçivə sazişi imzalana bilər ki, burada da Ermənistan tərəfi konkret zaman çərvəsində ərazi iddiasının bütün normativ qanunvericilikdə mövcud olan sənədlərdən və konstitusiyadan təmizlənməsi ilə bağlı üzərinə öhdəlik götürməlidir. Bunun isə 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir. Amma danışıqlar davam edəcək. Çünki sülh sazişi ilə paralel olaraq başqa strateji məsələlər də mövcuddur. Məsələn, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər var”.
Ekspert vurğulayıb ki, 30 ilə yaxın Azərbaycana vurulan maddi və mənəvi ziyanın bir bədəli olmalıdır:
“Sözügedən bədəl isə beynəlxalq hüquq çərçivəsində təzminat ödənilməklə həyata keçirilməlidir. 4-5 separatçı rəhbərin Bakı həbsxanalarında yatmasıyla heç nə həll olunmur. Ermənistan dövlət və cəmiyyət olaraq Azərbaycana dəyən zərəri qarşılamalıdır. Həmin təzminatdakı rəqəmlər isə heç də Ermənistanın rahatlıqla ödəyə biləcəyi məbləğ deyil. Əgər ödəyə bilməyəcəklərsə, bunun başqa yolları da var. Bu gün Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri yolu mövcuddur. Həmin ərazi Azərbaycana qaytarılarsa, bunu təzminat kimi qəbul etmək olar. Biz təzminat almaqla itirdiklərimizi geri qaytara bilməsək də, mənəvi və psixoloji cəhətdən üstünlük qazanarıq. Bizim mənəvi və psixoloji üstünlüyümüz Ermənistanın mənəvi və psixoloji cəhətdən aşağılıq kompleksi deməkdir. Ümumilikdə yekun sülh çərçivəsi Azərbaycanın milli maraqlarına xidmət etməli və beynəlxalq hüquqa uyğun olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət