
Putin Ərdoğan görüşü: Ankara Bakının maraqlarını müdafiə edəcək
12:58 06.02.2024
Siyasət
521
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”.
“Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, - nazir söyləyib.
İki ölkə Prezidentinin görüşünü "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, Türkiyə Azərbaycan üçün çox etibarlı tərəfdaşdır:

"Yəni Türkiyəyə kiminsə getməsi və hansısa məsələlərin müzakirə olunması Azərbaycanın zərərinə ola bilməz. Qardaş Türkiyə Azərbaycan olmadığı yerdə özünü məhz rəsmi Bakının təmsilçisi kimi aparır. Eyni zamanda Azərbaycan da qardaş Türkiyəyə qarşı eyni addımı sərgiləyir. Türkiyə ilə Azərbaycanın maraqları o qədər üst-üstə düşür ki, birimiz olmadığımız yerdə digərimizin olması yetərlidir. Ona görə də Putin ilə Ərdoğan arasında görüş zamanı Azərbaycanla bağlı məsələlər dövlətimizin istək və maraqlarına uyğun olacaq. Bütün bunlarla bərabər Rusiya Prezidenti bütün dünyada müharibə cinayətkarı kimi tanınır. Artıq Putinin xarici ölkələrə səfərləri xeyli səviyyədə məhdudlaşdırılıb. Türkiyə Alyans üzvü olduğuna görə sual ortaya çıxır ki, NATO ölkələrinin müharibə canisi elan etdiyi Prezidenti qardaş ölkə necə qəbul edir? Məsələ orasındadır ki, Türkiyə dövləti özünün müstəqil siyasət ilə fərqlənir. NATO üzvü olan Avropa və qeyri-Avropa dövlətləri qardaş Türkiyəyə nəyisə diktə etməyə çalışırlar. Türkiyə isə həmin diktələrə heç vaxt boyun əyməyib. Vladimir Putinin səfəri dünyanın hər tərəfindən böyük maraqla qlobal səviyyədə izləniləcək. Çünki Putin faktiki olaraq Ukraynada müharibəyə başladıqdan sonra ilk dəfədir ki, yüksək səviyyəli səfər gerçəkləşdirir".
Qeyd edək ki, V.Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə