Qərbin İrəvana təlimatı: Rusiyanın cəhdləri nəticə verəcək?
11:48 23.11.2023
Siyasət
608
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov təşkilatın Minsk sammitindən sonra İrəvana səfər edəcək.
Bu barədə Belarus xarici işlər naziri Sergey Aleynik məlumat verib.
O bildirib ki, Tasmaqambetov İrəvana sammitin yekunlarına görə səfər edəcək:
“Minskdə razılıq komissiyası çərçivəsində yekunlaşdırılan bütün qərarlar erməni həmkarımıza təhvil veriləcək. Biz onların da bu qərarlara qoşulacağına inanırıq”.
Sözügedən məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Mübariz Göyüşlü söyləyib ki, KTMT və Rusiya başda olmaqla onun üzvləri Ermənistanın hələki nazı ilə oynayırlar:
"Görünür ki, bütün çalışmalar Ermənistanın bu qrumdan çıxma fəaliyyətini dayandırmaqdan ibarətdir. Bildiyimiz kimi Ermənistan KTMT ilə münasibətləri soyudub. Eyni zamanda təşkilatın iclaslarına qatılmır və toplantıların Ermənistanda keçrilməsinə də razılıq vermir. Yəni KTMT-nin bir üzvü olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Amma KTMT xüsusilə də, Rusiya buna səbr və dözüm göstərir. Həmçinin, Ermənistanın təşkilatda üzvlüyünün davam etməsinə çalışırlar".
Analitik qeyd edib ki, səfər zamanı Ermənistanın dırnaqarası narahatlıqlarının müzakirə olunması gözlənilir:
"KTMT bu məsələləri müzakirə edərək Erəmistanı bəhanələrini kəsməyə çağıracaq və qurumda qalması üçün cəhd göstərəcək. Ermənistan hakimiyyəti nə KTMT-nin baş katibinin, nə də ona aid hansısa bir təmsilçinin İrəvana səfər etməsini xoş qarşılamır və arzu etmir. Nikol Paşinyan hakimiyyəti özü müraciət etmədən təşkilatda fəaliyyətinə xitam verilməsini istəyir. Ona görə də bu səfər Ermənistan tərəfindən arzu olunan şəkildə qiymətləndirilməyəcək. Ermənistan artıq Qərbdəki havadarlarından təlimatlar alıb. Həmin göstərişlər Ermənistanın KTMT və Rusiya ilə bağlı bütün məsələlərə son qoymasıdır. Belə olan halda isə KTMT və Rusiyanın cəhdləri nəticə verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat