Rusiya Ukraynanı əbədiyyən itirə bilər - RƏY
21:14 21.11.2024
Siyasət
476
Kreml son ana qədər nüvə silahından istifadə etməyəcək, əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb
“Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub. Xüsusilə baş verən son iki hadisə həm diqqət çəkir, həm də narahatlıq yaradır”.
Bu sözləri “Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verməsi və Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsi vəziyyəti gərginləşdirən əsas amillərdir:
“Ukrayna ordusu artıq ATACMS və Britaniya istehsalı “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirib. Rusiya isə nüvə silahından istifadə edəcəyinə dair xəbərdarlıq edir.
ABŞ, Fransa və Britaniyanın Ukraynaya verdikləri silahlardan istifadəyə razılıq verməsi onların birbaşa müharibəyə qoşulması mənasına gəlmir. Yəni müharibə yenə Rusiya və Ukrayna arasında gedir. ABŞ, Fransa və Britaniyanın bu addımı atmaqda həm kollektiv, həm də fərdi maraqları var. Lakin əsas məsələ “tamam, yoxsa davam” sualına cavab tapmaqdır.
Kiyev uzun müddət idi, ATACMS və digər bəzi silahlardan istifadəyə dair qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. Hətta Rusiyaya effektiv cavab zərbəsi vura bilməmələrini də bununla əsaslandırırdılar.
Ukraynanın Rusiyadakı hərbi hədəfləri Qərbin uzaqmənzilli raketləri ilə vurmağa başlaması ilk vaxtlar effekt verəcək. Lakin bir müddət sonra rus ordusu bu hücumları da dəf edəcək və daha ağır cavab zərbəsi vuracaq. Bunu göstərən məqam isə Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsidir.
Fikrimcə, Rusiya son ana qədər Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Kremlin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, nüvə silahından istifadə Rusiya tərəfindən son çarə hesab olunur. Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb.
Nüvə silahından istifadə həm xərcli, həm də riskli addımdır. Söhbət tələfatın miqyasının böyük olmasında deyil, zərbənin ətraf ölkələrə ekoloji zərərindən gedir. Rusiyanın ehtimal nüvə zərbəsi ən yaxşı halda Çernobıl fəlakəti ilə eyni miqyasda faciə ilə nəticələnə bilər”.
T.Rzayev deyib ki, Moskva müharibəni Ukrayna hakimiyyəti ilə apardığını, xalqı ilə problemi olmadığını deyir. Belə bir hücumdan sonra bu arqument sıradan çıxacaq. Yəni Rusiya Ukraynanı əbədiyyən itirə bilər: "Moskva son ana qədər nüvə silahından istifadə etməyəcək. Lakin əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb.
Rusiya Trampın ABŞ prezidenti səlahiyyətini icra etməyə başlamasını gözləyir. Yəni bu vaxta qədər radikal qərar verməsi real deyil. Putin Trampla ortaq məxrəcə gələ biləcəyini düşünür. Ən azından tərəflər arasında atəşkəs imzalana bilər. İndiki məqamda bu həm Rusiyaya, həm də Qərbə lazımdır.
O ki qaldı Üçüncü Dünya müharibəsinə, hələlik bundan danışmaq üçün tezdir. Ümumiyyətlə, klassik mənada Üçüncü Dünya müharibəsinin başlayacağını gözləmirəm. Lakin hazırda dünya miqyasında “müharibələr zənciri” var və bunu ən yaxşı halda “kölgə Üçüncü Dünya müharibəsi” adlandırmaq olar. Üçüncü Dünya müharibəsindən danışmağımız üçün ən azından bundan öncəki iki müharibəyə nəzər yetirməli, niyə “dünya müharibəsi” dediyimizi analiz etməliyik. Hətta Rusiya Ukraynada nüvə silahından istifadə etsə belə, bu, qeyd olunan tərzdə qlobal müharibəyə səbəb olmayacaq. Çünki təcrübə göstərir ki, bu tipli silahlar istifadə edildikdən sonra müharibə başlamır, əksinə, bitir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm