Rusiyanın planı: Ukrayna döyüş meydanında tək qalır?
10:38 27.11.2023
Siyasət
479
Ukrayanaya dəstək vəd edən bəzi müttəfiqlərimiz dəstəyi heç vaxt reallaşdırmadılar.
Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.
“Əsl məsuliyyət bizə, Ukraynaya söz verib, amma yerinə yetirməyənlərin üzərinə düşür. Onlar bizi atdılar”, - o bildirib.
Arestoviç qeyd edib ki, Ukrayna hakimiyyəti axmaqlığı və korrupsiya ucbatından müttəfiqlərinə Kiyevi “atmaq” üçün çoxlu səbəb verib:
“Onlar Qərb ölkələrinə bu saxtakarlığa haqq qazandırmaq üçün “etibarlı arqumentlər” təqdim edib. Ukrayna son dərəcə qeyri-qənaətbəxş vəziyyətdədir. Ukraynanın təyyarələrə, uzaqmənzilli raketlərə və quru qoşunları üçün təchizatın beş dəfə artırılmasına ehtiyacı var. Kiyevin müttəfiqləri isə Moskva ilə sülh sazişi imzalamağa çalışacaqlar, bunun şərtlərindən biri “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması olacaq”.
Aristoviçin açıqlamalarını “Sherg.az” a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Qərbin əvvəl də bir neçə dəfə dünyanın müxtəlif coğrafiyalarında bu tip aldatmalar etdiyi hər kəsə məlumdur.
"Aristoviç, Rusiya Ukrayna müharibəsində də Qərbin söz verdiyi vədləri yerinə yetirməyəcəyini və Ukraynanı döyüş meydanında tək qoyacağını bilirdi. O, məhz bu nüansları öncədən gördüyü üçün istefa verdi. Aristoviç istefasından sonra Zelenskinin və ətrafının söyləyə bilməyəcəyi arqumentləri səsləndirir. Hesab edirəm ki, səsləndirdiyi açıqlamalardan bəziləri onun öz düşüncələri olsada, rəsmi Kiyevlə Aristoviçin mənəvi əlaqələri tam bitməyib və bu fonda Ukrayna rəhbərliyindən gələn fikirləri də publikaya ötürməklə məşğuldur”.
T.İsmayılov baş verən hadisələrdə yenilik və təcüblənəcək heçnəyin olmadığını vurğulayıb:
“Hazırda Fransa və digər Qərbi Avropa ölkələri Ukraynanı Rusiyanın işğal etdiyi əraziləri güzəştə getməklə təhdid edir. Əslində Ukraynadan əsas tələb Rusiyanın işğal etdiyi bölgələrdə onların yuristiksiyasının rəsmi Kiyev tərəfindən tanınmasıdır. Qərbin bu çağrışlarına rəğmən Ukrayna hələ ki, dirəniş göstərməyə çalışır. Amma Ukrayna indiki məqamda Qərbdən istənilən səviyyədə yardım ala bilmir. Eyni zamanda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremli çökdürmür. Çünki Rəsmi Moskva müharibəyə başlamazdan öncə Avropanın və ABŞ-ın hansı həddə qədər gedəcəyini düzgün planlaşdırmışdı. Zaman keçdikcə Qərb yardımları azaldacaq. Bütüb bunların fonunda sonda Ukrayna döyüş meydanında tək qala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya