Rusiyanın verdiyi dilənçi payı: İrəvan “Su-30”-u tərifləməyə məcburdur - RƏY
Fidan Həmişəyeva
11:45 03.02.2020
Siyasət
628
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş imkanlarının hesablanması üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Oqtay Bədəlov Ermənistanın aldığı “Su-30SM” qırıcı təyyarələri ilə bağlı sensasion açıqlama verib.
O.Bədəlov qeyd edib ki, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından əlavə, onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir:
“Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dövrdə baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30 təyyarələrinin istismarı çox baha başa gəlir. Belə ki, bu təyyarələrin bir saatlıq uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin martından “Hindustan Aeronautics” şirkətinin bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar qəbul etməsinə səbəb olub.
Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha göstərir ki, Ermənistanın ağız dolusu danışdığı “Su-30” qırıcı təyyarələri heç də şişirdiləcək qədər döyüş imkanlarına malik deyil.
Ermənistanın hərbi-texniki bazasının kifayət qədər zəif olduğunu deyən hərbi ekspert Üzeyir Cəfərov Sherg.az-a bildirib ki, hər bir texnika müəyyən zaman içində təkmilləşməyə məruz qalır.
O.Bədəlovun fikirləri ilə tamamilə razılaşdığını söyləyən ekspert Ermənistanın ağız dolusu ilə tərfilədiyi “Su-30” təyyarəsinin modifikasiyasının son vaxtlar həm Rusiyada, həm də Rusiyadan kənarda ciddi qəzalara uğradığını vurğulayıb:
“Bəzi hallarda pilotlar öz həyatlarını xilas edə bilsələr də, onlar çox zaman faciəvi şəkildə həlak olublar. Sözsüz ki, Paşinyan “Su-30”-u tərifləməyə borcludur. Çünki bu təyyarənin 1980-ci illərin texnikası olaraq, Rusiyanın ermənilərə dilənçi payı kimi verdiyi avadanlıqdır. Bu gün istənilən halda Azərbaycanın həbi hava qüvvələri və müdafiə qoşunları Ermənistanı üstələyir. Yəni, Ermənistanın “Su-30”larının olmasına baxmayaraq, onların istifadə imkanlarına diqqət yetirmək lazımdır. Sabah başlaya biləcək real döyüşlərdə düşmən “Su-30” lardan hansı istiqamətdə istifadə edəcəyi maraqlıdır”.
Ü.Cəfərovun sözlərinə görə, ermənilər bilirlər ki, Azərbaycanın İsraildən, Türkiyədən aldığı avadanlıqlar çox rahat şəkildə düşməni peşman etməyə qadirdir:
“Bu nöqteyi nəzərdən hesab edirəm ki, düşmən hərbi texnikası ilə o qədər də qürrələnməli deyil. Hər bir texnikanı istifadə etmə qaydaları var. Ermənistanda bu sahədə o qədər də çox mütəxəssis yoxdur. Paşinyan nə qədər tərifləsə də bilirik ki, hərbi texnikanı yetərincə və mükəməl şəkildə istifadə edə bilməyəcəklər. Sadəcə olaraq onların çox az sayda pilotları var. Bu gün Azərbaycan hava hücumunda elə müdafiə sisteminə malikdir ki, onlar “Su-30”ları, həmçinin Ermənistanın digər avadanlıqlarını asan şəkildə sıradan çıxara bilər. Ölkəmiz bütün sahələrdə düşməndən üstündür. Ermənistan Bakını, Mingəçeviri hədələyir, halbuki Naxçıvandakı qoşun ordusu Ermənistanın qulağının dibindədir. Oradan buraxıla biləcək raket sistemləri İran da daxil olmaqla stateji hədəfləri qısa zamanda sıradan çıxarmaq imkanına malikdir.
Yanvar ayında Azərbaycanın Dövlət Sərhəd Xidməti düşmənə nə qədər ziyan vurdu. Onlar ayın 7-də bizim Ucardan olan çağırışçımız Fərzalı Fərzəliyevi namərdcəsinə snayper gülləsi ilə şəhid elədilər. DSX bunun əvəzini qısa müddətdə çıxdı. Onsuz da Azərbaycan ordusu bilir ki, onların qarşısında qoyulan vəzifə budur ki, ölkəmizin ərazi bütövlüyü təmin edilsin. Bu gün Ermənistanın reklam elədiyi, necə deyərlər “siçandan fil düzəltməsi” əsassızdır. Heç bir gücü olmayan hərbi qüvvələri və təyyarələri ilə bizə qürrələnirlər. Lakin unutmamalıdırlar ki, son illər Azərbaycan Fransadan, İtaliyadan, Pakistandan və digər ölkələrdən daha modern və mükəmməl hava avadanlıqları alıb. Ölkəmiz qarşıya qoyulan döyüş tapşırıqlarını mükəmməl yerinə yetirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə