Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib
19:05 21.11.2024
Siyasət
303
Noyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib.
"Sherg.az" xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nın missiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülən işlərə görə bütün müşahidəçi qruplara, o cümlədən Parlamentlərarası Assambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.
Seçkilərin tarixinin dəyişdirilməsinin və sentyabrın 1-də keçirilməsinin, əsasən, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu qərar özünü tamamilə doğruldub. Onun sözlərinə görə, parlament seçkiləri ölkənin siyasi həyatında bütün dövlət resurslarının səfərbər olunmasını tələb edən mühüm hadisələrdən biri olduğundan, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və baş nazirlərin qatıldığı qlobal xarakter daşıyan belə bir beynəlxalq tədbir zamanı seçkilərin keyfiyyətli təşkili qeyri-mümkün idi.
Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən parlament seçkiləri həm də cari ilin fevralında keçirilən prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri olması ilə əlamətdardır. Bu seçkilərin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi ölkəmiz üçün mühüm tarixi əhəmiyyətə malik hadisədir. Qeyd olunub ki, seçkilər zamanı müvafiq dövlət orqanları tərəfindən vətəndaşların öz iradəsini azad ifadə etməsi və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
O, yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin əvvəlki kimi, parlamentlərarası dialoqun inkişafına sadiq olduğunu, bundan sonra da həm dost parlamentlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həm də Parlamentlərarası Assambleya çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə diqqət yetirəcəyini bildirib.
Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova COP29 kimi mötəbər və mühüm tədbiri yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə təbriklərini çatdırıblar. Eyni zamanda, parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibəti ilə Sahibə Qafarovanı təbrik ediblər.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm