Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
13:09 24.09.2025
Siyasət
367
Sentyabrın 24-də ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Bu barədə Sherg.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Ana Brnabiç burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç arasında geniş tərkibdə görüş olub.
Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib.
Spiker bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.
Milli Məclisin sədri münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir.
Milli Məclisin sədri parlamentlərarası əlaqələr kontekstində qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsirini qeyd edib. Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.
Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizdə şahidi olduğu inkişaf və qazanılan nailiyyətlərlə əlaqədar təbriklərini çatdırıb. O, qeyd edib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və biz bir-birimizi dəstəkləməkdən qürur duyuruq. O, ərazi bütövlüyü məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Ana Brnabiç Azərbaycanın öz milli maraqlarını və dəyərlərini qoruyan bir ölkə olduğunu və Serbiyanın bunu çox yüksək qiymətləndirdiyini vurğulayıb.
Milli Assambleya sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmini qeyd edib. O, enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olduğunu vurğulayaraq, bu istiqamətdə Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Ana Brnabiç parlamentin spikeri kimi iki ölkənin parlamentləri arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün çalışacağını qeyd edib.
Söhbətdə parlamentlər arasında qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm