Səfir: “Zəngəzur dəhlizi üçün Azərbaycanın müharibə edəcəyini deməkdən axmaq “peyğəmbərlik” yoxdur”
09:06 23.11.2023
Siyasət
423
“Zəngəzur dəhlizi üçün Azərbaycanın müharibə edəcəyini deməkdən axmaq “peyğəmbərlik” yoxdur”.
Bu fikirləri “Report”a müsahibəsində Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib.
Onun sözlərinə görə, otuz ildən bəri Azərbaycan ərazilərinin təxminən 20 faiz ərazisinin işğal edildiyini, vətənində köçkünlük həyatı yaşayan soydaşlarımızın acınacaqlı vəziyyətini görməyənlər indi özləri rahat şəkildə Ermənistana köç edən Qarabağ ermənilərinin “faciə”sindən, Türkiyə və Azərbaycanın Zəngəzurda gözlənilən “ilhaq siyasəti”ndən danışırlar: “Unutmaq olmaz ki, biz ikili standartların hökm sürdüyü ədalətsiz dünyada yaşayırıq. Bütün bunların ağ yalan olduğunu hamıdan yaxşı özləri bilirlər. Lakin nə etmək olar ki, pulu ödəyənlər məhz belə “musiqi” səsləndirilməsini istəyirlər”.
Diplomat bildirib ki, bir vaxtlar keçmiş Fransa prezidenti Valeri Jiskar de Estenin də açıq şəkildə etiraf etdiyi kimi, “Avropa İttifaqı bir xristian klubudur”: “Ona görə də Fransa kimi dövlətlər insan dramlarına hüquq və humanizm müstəvisindən deyil, dini mənsubluq prizmasından baxmağı daha məqbul sayırlar”.
"Erməni mətbuatında, demək olar ki, hər gün müxtəlif xarici “ekspertlər” tezliklə Azərbaycanın Zəngəzur dəhlizi üçün Ermənistanla müharibəyə başlayacağı haqqında əcaib “proqnozlar” verirlər. “Bundan daha axmaq, mənasız “peyğəmbərliyi” təsəvvürə gətirmək mümkün deyil. Əgər işğal altındakı torpaqlar azad edilibsə, üstəlik də İran ərazisindən blokada şəraitindəki Naxçıvana yol çəkilirsə, nə üçün rəsmi səviyyədə ərazi bütünlüyünü tanıdığımız Ermənistana hücum etməliyik? Hansı məntiqlə regionda yeni müharibə ocağı alovlandırmalıyıq? Təbii ki, ölkəmiz bunu heç zaman etməz. Amma hər vasitə ilə Azərbaycanın “təcavüzkar” imicini yaratmaq istəyənlər üçün belə gülünc yalanlar uydurmaq heç bir çətinlik törətmir”, - V.Quliyev vurğulayıb.
Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya