Serbiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
08:26 24.09.2025
Siyasət
256
Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Report" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət