Şimali Kipr Türk Cümhuriyyəti yunanlarla “dil tapmağa” çalışır
Turan
07:13 17.07.2021
Siyasət
658
Ərdoğan bu səfəri ilə ŞKTC-ni yenidən Ankaranın nəzarətinə qaytarmaq istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə edəcəyi səfər və “iyulun 20-də bütün dünyaya lazımi mesajları verəcəyəm” açıqlaması ABŞ, Avropa Birliyi, Yunanıstan və Cənubi Kipri təlaşlandırıb. BBC Ərdoğanın səfər çərçivəsində Keçidqalada dron bazasının qurulduğunu açıqlayacağını iddia edib. Media qurumu qeyd edib ki, Cənubi Kipr əməliyyatlarının 47-ci ildönümündə reallaşacaq səfər zamanı AB və ABŞ-ın diqqəti adada olacaq. Mənbə, eyni zamanda, Ərdoğanın Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yönündə mühüm mesajlar verəcəyini də istisna etməyib. Yunan mətbuatı Türkiyənin Kipr adası yaxınlığında yeni təbii qaz ehtiyatları tapdığını iddia edib.
Cənubi Kipr və Yunanıstan Ərdoğanın səfər çərçivəsində bunu açıqlayacağından narahatdır. Yunanıstanın “Kathimerini” qəzeti isə Türkiyənin qazma gəmilərinin yenidən Aralıq dənizinin şərqində fəaliyyətə başlayacağını yazıb. Yunanıstan və Cənubi Kipri narahat edən bir başqa məsələ də Türkiyənin adanın şimalında daimi hərbi bazalar qurma ehtimalı ilə bağlıdır.
Politoloq Azər Rəşidoğlu “Şərq”ə Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən rəsmi olaraq tanınmır. Analitik vurğulayıb ki, son zamanlar Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərdə də soyuqluq yaranıb:
“Uzun müddətdir ki, Şimali Kipr Türk Cümhuriyyəti Türkiyənin nəzarətindən çıxmağa, yunanlarla “dil tapmağa” çalışır. Əfsanəvi lider Rauf Denktaşın vəfatından sonra Şimali Kipr Türk Cümhuriyyəti Ankaradan uzaqlaşmaq xətti seçdi. Maraqlıdır ki, Şimali Kiprdə FETÖ güclüdür. Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələləri ikinci plana atmaqla yaranan soyuqluğu aradan qaldırmaq niyyətindədir. Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün göstərilən təşəbbüslər də Ankaraya qarşı düşünülmüş senaridir”.
A.Rəşidoğlu bir fakta da diqqət yönəldib:
“Yəhudi iş adamları Şimali Kipr Türk Respublikasında kütləvi şəkildə ərazilər alaraq orada lüks villalar və binalar tikdirirlər. Şimali Kiprin ən məşhur yerlərində ərazilər İsrail şirkətlərinin nəzarətinə keçir. Böyükkonuk, Bahçeli, Tatlısu, Karpaz, Dipkarpaz, Yenierenköy və Sadrazamköy kimi kəndlərdə artıq satışa çıxarılacaq ərazilərin qalmadığı bildirilir. Lapta kəndində isə İsrailin dəstəyi ilə sinaqoq tikilib. Ərdoğan bu səfəri ilə ŞKTC-ni yenidən Ankaranın nəzarətinə qaytarmaq istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial