
Simonyan, Qriqoryan hakimiyyətə gələ bilməz - RƏY
06:38 07.02.2024
Siyasət
355
Bir barmaq işarəsi, bir sərəncamla Nikol Paşinyan hər iki kadrı siyasi müstəvidən tamamilə silə bilər
Ermənistan parlamentinin sədri Alen Simonyan və Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında baş nazir postu uğrunda mübarizə gedir.
Ermənistanın “Joqovurd” qəzetinin məlumatına görə, qarşıdan gələn seçkilərdən öncə hakimiyyət daxilində mübarizə qızışıb. Alen Simonyan, Armen Qriqoryan və bir neçə başqa isim özlərini Rusiya və ya Qərbin dəstəyi ilə Nikol Paşinyanın yerində təsəvvür etməyə başlayıb: “Aralarındakı mübarizə o qədər ciddiləşib ki, pərdə arxasında bir-birilərini ləkələməyə başlayıblar. Rəsmi mənbələrimiz bildirirlər ki, Alen Simonyan uzun müddətdir Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rolunu aşağılamağa çalışır, nəticədə özünü hüquq-mühafizə orqanlarının hədəfinə gətirib”.
Qeyd edək ki, bir həftəyə yaxındır Ermənistan parlamentinin sədri korrupsiya qalmaqalının mərkəzindədir. Artıq onun qardaşının həyat yoldaşı bu ittihamla həbs edilib. Simonyanın xanımının rəhbərlik etdiyi “Freenews” TV də yayımdan çıxarılıb. Nəşr hakim komandada spikerin istefasını tələb edənlərin sayının artdığını da yazır. Müxaliflər iddia edirlər ki, korrupsiya qalmaqalının mərkəzinə düşən Simonyan hakimiyyətin nüfuzunu aşağı salır.
Politoloq Natiq Miri isə “Sherg.az"a açıqlamasında erməni mediasında yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. Onun fikrincə, Rusiyayönümlü qüvvələrin maliyyələşdirdiyi media orqanları bu məlumatları məqsədli olaraq yayımlayır:

“Paşinyan hökumətini sosial etirazlarla devirmək mümkün olmadığından siyasi rıçaqlardan, hakimiyyət daxilində gərginliyi artırmaq və parçalanmadan istifadə edirlər. Sözügedən qüvvələrin Ermənistan cəmiyyətinə hökm etməsi üçün indiki hakimiyyətin parçalanması mütləqdir. Ermənistanda hakimiyyət daxilində mübarizənin qızışması ilə bağlı uzun müddətdir dezinformasiyalar yayılır. Xeyli müddətdir erməni mediası Armen Qriqoryanı ABŞ-nin Nikol Paşinyanın yerinə hazırladığı kadr kimi təqdim edir. Lakin ilk dəfə olaraq Alen Simonyanın adını da hakimiyyətə iddialı şəxslər sırasına əlavə ediblər. Bu xəbərlərin siyasi komandanın zəifləməsinə və daxildən parçalanmasına yönəldiyi aşkardır. Şübhəsiz ki, hakimiyyətin üzdə olan şəxsləri arasında çəkişmə olacağı təqdirdə hakimiyyətdə təmsil olunan hər kəs bir-birindən şübhələnəcək və qarşılıqlı ittihamlara əl atacaqlar. Qeyd etdiyiniz məlumatlar da məhz buna hesablanıb”.
N.Mirinin sözlərinə görə, bu xarakterli məlumatların Qərb dairəsindən Paşinyana təzyiq vasitəsi kimi yayımlanması da zaman-zaman diqqət çəkir: “Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının Nikol Paşinyandan siyasi gözləntiləri var. Bu gözləntilərin reallaşması isə ləngiyir. Paşinyanın qarşısına Rusiyanın orbitində olan bütün təşkilatlardan Ermənistanın imtina etməsi kimi ciddi tələblər qoyulub. Lakin Paşinyan Qərb istəyir deyə gözünü yumub onların hər tələbini həyata keçirə bilmir. Ən azından Ermənistan dövlətinin imkanlarını və erməni cəmiyyətinin bu prosesə nə qədər hazır olmasına diqqət edir. Ona görə də Ermənistan parlamentinin sədri ilə Milli Təhlükəsizlik Şurasının katibi arasındakı hakimiyyət mübarizəsinin birmənalı həqiqət olduğunu iddia etmək çətindir. Bu çəkişmə gerçək olsa belə adıçəkilən şəxslərin heç biri Ermənistanın ictimai rəyində birmənalı dəstək ala biləcək fiqurlar deyil. Bir barmaq işarəsi, bir sərəncamla Nikol Paşinyan hər iki kadrı siyasi müstəvidən tamamilə silə bilər. Qriqoryan Amerikanın dəstəyi ilə belə Paşinyan hökumətinə qarşı ciddi dirəniş göstərə bilməz. O cümlədən də A.Simonyan erməni ictimai rəyində hansısa mənəvi, siyasi, psixoloji göstəricilərlə önə çıxa biləcək obraz deyil. Onları ictimai rəydən silmək Paşinyan üçün bir stəkan su içmək kimi bir şeydir. Yayılan məlumatlardan məqsədli şəkildə bu adamlardan böyük siyasi fiqur düzəldib, stəkanda “fırtına” yaratmaq istəyi açıq şəkildə hiss olunur”.
Politoloqun fikrincə, Rusiya Paşinyan hakimiyyətini devirib yeni, rusyönümlü bir kadrla Qərbin Ermənistanda yerləşməsinin qarşısını almaqla onların Cənubi Qafqaza sirayət etməsi ehtimalını tamamilə aradan qaldırmaq istəyir. Kremlin yalan institutunun mövcudluğu hamıya bəllidir. Öz maraqlarını bütün dünyada məhz bu cür dezinformasiyalar, yalanlarla həyata keçirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə