Sinan Oğan prezidentliyə namizəd olacaq
Yusif Nəzərli
04:22 15.03.2023
Siyasət
815
Onun seçkilərə qatılması əsas iddialıların səsinə təsir edəcək
Türkiyədə prezidentliyə namizədlərin ərizələrinin qəbuluna 19 martda başlanacaq. Namizədlərin siyahısı 31 martda “Resmi Gazete”də dərc olunacaq. Siyahısı dərc olunandan sonra namizədlər təşviqat kampaniyasına başlaya biləcəklər. Seçki yaxınlaşdıqca siyasi bloklar və namizədlər də artmaqdadır. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıya qarşı ilk müxalifət bayrağını Azərbaycan əsilli keçmiş millət vəkili, Iğdırın Melekli kəndində dünyaya göz açmış siyasətçi Sinan Oğan açıb.
Sağ partiyalardan ibarət yeni siyasi koalisiya - "Ata İttifaqı” seçkilərdə Sinan Oğanın namizədliyini irəli sürüb. Sağ bloka Zəfər Partiyası (Umut Özdağ), Ədalət Partiyası, Doğru Partiya, Türkiyə İttifaqı Partiyası və Ölkəm Partiyası daxildir. Bu, Türkiyədə formalaşdırılmış dördüncü siyasi koalisiyadır. Sinan Oğan TİKA-nın Azərbaycan nümayəndəsi olub. TÜRKSAM-ı qurub və sədr vəzifəsini icra edib. O, 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb. 2015-ci ildə MHP-dən çıxarılsa da, məhkəmə yolu ilə yenidən partiyaya qayıdıb. 2017-ci il martın 10-da Yusif Halacoğlu və bir neçə digər üzvlərlə birlikdə partiyadan xaric edilib. Oğan həm də Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağladılması istiqamətində fəaliyyəti səfərbər edən vətəndaş təşəbbüsü qurumunun qurucusu və koordinatorudur. Milliyətçi Hərəkat Partiyasının gələcəyi üçün həyəcan zənglərinin çalındığına diqqət çəkən Sinan Oğan MHP-nin getdikcə iqtidara namizəd partiya olmaqdan uzaqlaşdığını dilə gətirib. O, prezident seçiləcəyi təqdirdə kimi vitse-prezident təyin edəcəyini açıqlayıb: "İttifaqımızla müzakirələr nəticəsində seçiləcəyim təqdirdə vitse-prezident postuna Sevda Özbek xanımın gətirilməsinə qərar verilib".
Tanınmış araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd "Şərq"ə açıqlamasında Sinan Oğanın namizəd olacağını əvvəldən bildiyini deyib. Ekspert vurğulayıb ki, yanvar ayında Bakıda təşkil edilən I Turan Kitab Festivalına gəldiyi zaman köməkçisindən bu barədə məlumat alıb:
"Şübhəsiz, Türkiyədə seçki mücadiləsi əsasən "Millət və Cümhur ittifaqları" arasında baş tutacaq. Amma digər namizədlər bu iki ittifaqın səslərinə təsir edəcək. Ümumiyyətlə, Türkiyə Parlamentində qardaş ölkədə yaşayan azərbaycanlıların təmsilçisi yox kimidir. Orada nə qədər Azərbaycanı sevən insan olsa, bizə xeyirdir. Sinan bəy Azərbaycanda yaşamış, işləmiş bir şəxs olaraq bizim dərdlərimizə aşinadır. Ona görə də onun hər hansı bir uğuru bizi sevindirəcək".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı sərəncam imzalayıb və Yüksək Seçki Qurumu tərəfindən təsdiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual