“Bu hal Kremli narahat etməyə bilməzdi. Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı. ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan və Ermənistanla xəritələr və əsir diversantlar ətrafında apardığı danışıqlar və əldə etdikləri nəticə Kremli hərəkətə keçirdi. Moskvanın tapşırığıyla Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Bakı və İrəvanla intensiv danışıqlara başladı. Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı və Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı. Əgər 3 mərkəz 15 ermənini bir xəritəyə dəyişmişdilərsə, Rüstəm Muradov 15 ermənini iki rayonun xəritəsinə dəyişməyə müvəffəq oldu”.
Son hədəfimizə az qaldı
Turan
09:00 06.07.2021
Siyasət
788
Ağdamda basdırılan minaların xəritəsi dəqiqdi...
Əgər saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı
Bakıda erməni diversantlarının məhkəməsində onların bəzilərinə 6 ay iş kəsildi. Bu o demək idi ki, həmin ermənilər azadlığa buraxılmalıydı. Çünki onlar artıq 6 aylıq həbs müddətini tamamlamışdılar. Belə də oldu. Diversantlar Ermənistana təhvil verildi və Azərbaycan Füzuli və Zəngilan istiqamətində basdırılan minalanmış ərazilərin xəritəsini əldə etdi. Azərbaycan cəmiyyətində son proseslə bağlı əsasən iki sual səslənir. Rusiyanın prosesdə iştirakı hansı amillərlə əlaqəli idi? Minalanmış ərazilərin xəritəsi nə dərəcədə dəqiqdir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmadı. Əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər. Ekspertin sözlərinə görə, müharibə bitdikdən sonra ilk dəfəydi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi:
“Bu hal Kremli narahat etməyə bilməzdi. Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı. ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan və Ermənistanla xəritələr və əsir diversantlar ətrafında apardığı danışıqlar və əldə etdikləri nəticə Kremli hərəkətə keçirdi. Moskvanın tapşırığıyla Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Bakı və İrəvanla intensiv danışıqlara başladı. Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı və Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı. Əgər 3 mərkəz 15 ermənini bir xəritəyə dəyişmişdilərsə, Rüstəm Muradov 15 ermənini iki rayonun xəritəsinə dəyişməyə müvəffəq oldu”.
E.Şahinoğlu hesab edir ki, əslində Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır:
“Rusiya prezidenti Azərbaycanın başı üzərindən fransalı həmkarıyla Qarabağa maliyyə və humanitar yardım barədə telefonla danışır, müzakirə aparır. Halbuki, bu telefon danışğının ardınca diplomatik etika Rusiya prezidentinin Azərbaycan prezidentinə zəngini və Parislə Qarabağla bağlı aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə çatdırılmasını diktə edirdi. Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini əldə etməkdə davam edir və bu, gələcək planlarımızın, köçürülmənin və inşaat çalışmalarının sürətlənməsinə şərait yaradacaq. Qarabağda yaşayan ermənilərin sayı 30-35 min arasındadır, bunu özləri də etiraf edirlər. Qarabağa köüçürləcək yüz minlərlə soydaşımız erməni separatizminə növbəti zərbə olacaq. Minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması yoxdur. Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində də basdırılan minalar var, qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək, erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm