"Sülh çağırışlarına atəş səsləri ilə cavab verilir"
Turan
07:07 17.07.2021
Siyasət
1260
General Yücel Karaüz: "Həssas dönəmdə xətaya yol vermək olmaz"
"Rus sülhməramlıları iş görmək istəyirsə, Qarabağdakı ermənilərə ev, xəstəxana tikməkdən vaz keçərək, ilk növbədə separatçı, terrorçu gücləri silahsızlaşdırsınlar"
“Azərbaycan-Ermənistan sərhədində yaşanan olaylar, erməni tərəfinin təxribatları, Qarabağdakı separatçıların terror cəhdləri Prezident İlham Əliyevin “Azərbaycan sülh çağırışı edir, amma Ermənistan bunu istəmir” ifadəsinin təsdiqi və sübutudur”.
Bu sözləri “Şərq”ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karaüz deyib. General xatırladıb ki, Ermənistan 10 noyabr 2020-ci ildə təslim anlaşmasına imza ataraq ölkəni və ordunu tamamilə məhv olmaqdan qurtarıb. Təslim sazişinin baş memarı və təminatçısı isə Rusiyadır:
“Bəyanatda birbaşa imzası olmayan Türkiyə də üçtərəfli sazişi dəstəkləyən əsas ölkədən biridir. Müqavilə imzalanandan bu yana həm Azərbaycan, həm də Türkiyə prosesin sülhə doğru irəliləməsi üçün diplomatik vasitələr və regional əməkdaşlıq təklifləri daxil olmaqla, bölgənin iqtisadi inkişafı, nəqliyyat şəbəkəsinin formalaşması müstəvisində dəfələrlə çağırış edib. İki qardaş ölkə Ermənistana münasibətdə xoş niyyətlərini ortaya qoyublar. Buna rəğmən, Ermənistan Azərbaycan və Türkiyənin sülh çağırışlarına mərmi və təxribatla cavab verib. Ermənistan dövlətinin, ya da Qarabağdakı erməni separatçılarının Moskvadan, rus sülhməramlılarından xəbərsiz hansısa təxribata əl atması qeyri-mümkündür. Əlbəttə, istisna edilmir ki, indiki məqamda sərhəddə və Qarabağda təxribata cəhd edənlər “Qarabağ klanı”nın ordudakı dəstəkçiləri də ola bilər. Çünki məhz bu qruplaşma problemin birdəfəlik çözülməsini istəmir. Məsələ ondadır ki, “Qarabağ klanı” Kremlə tabedir. Əgər birinci və ikinci təxribatdan sonra Rusiya həmin güclərə qulaqburması versəydi, yenidən buna cəhd etməzdilər.
Axı Rusiya Prezidenti Vladimir Putin şəxsən özü ifadə edib ki, Qarabağ Azərbaycanın ərazisidir”.
Y.Karaüz vurğulayıb ki, hazırda Ermənistan tərəfi birtərəfli olaraq 10 noyabr üçtərəfli sazişinin bəndlərinə əməl etməkdən boyun qaçırır: “İrəvan çalışır ki, proses daha qarışıq hal alsın və olaylara başqa dövlətlər, xüsusən Qərb ölkələri müdaxilə etsin. Çünki belə olarsa, həlli mümkün olmayan və xeyli uzanan proses formalaşacaq. Fransanın, Avropa Birliyi ölkələrinin, hətta Amerikanın son günlərdə fəallaşması bununla bağlıdır. Rusiyadakı müəyyən dairələr də Qarabağ məsələsinin 10 il, 20 il uzanmasında maraqlı ola bilər. Rus sülhməramlıları iş görmək istəyirsə, Qarabağdakı ermənilərə ev, xəstəxana tikməkdən vaz keçərək, ilk növbədə separatçı, terrorçu gücləri silahsızlaşdırsınlar. Ən qısa müddətdə Azərbaycan torpaqlarındakı bütün erməni silahlıları oradan çıxmalıdır. Rəsmi Bakı bugünədək apardığı diplomatik fəaliyyəti, düşünülmüş uğurlu siyasəti davam etdirməli, sərhəddəki təhrikedici hərəkətlərə aldanmamalıdır. Həssas dönəmdə xətaya yol vermək olmaz. Amma Azərbaycan öz torpaqlarındakı erməni quldurlarına misliylə cavab vermə haqqına sahibdir”.
General bildirib ki, əgər Rusiya sülhməramlıları bölgədə atəşkəsi təmin edə bilmirsə, etmək istəmirsə, ya qısa müddətdə Qarabağı tərk etməli, ya da Moskva üzərinə götürdüyü öhdəliyin fərqinə varmalıdır:
“Onsuz da Rusiya rəsmi Bakının Şuşa dəvətini geri çevirməklə, Azərbaycan torpaqlarına səfər etməkdə tərəddüd göstərməklə əsl niyyətini ortaya qoydu. Yaxşı olar ki, Kreml ikiüzlü siyasətdən əl çəksin. Heç kim Azərbaycanın səbrini daşırmağa cəhd etməsin. Üçtərəfli saziş imzalanarkən bəyan etmişdik ki, çox uzun və zəhmətli bir dönəmə qədəm qoyuruq. Döyüş meydanında müharibəni qazandıq, amma diplomatik savaşımız gərgin şəkildə davam edir. Hazırda baş verənlər ümumi prosesin nə qədər mürəkkəb olduğunun isbatıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial