Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi
12:40 21.07.2025
Siyasət
604
Bəhruz Məhərrəmov: III Şuşa Qlobal Media Forumunun Xankəndidə təşkili ciddi siyasi proses olmaqla bərabər, həm də milli-mənəvi təntənə hesab olunmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı mərhum Prezident Heydər Əliyevin vəsiyyətindən danışıb.
Prezident bildirib ki, Şuşanın azad olunması və Azərbaycanın suverenliyinin bərpası atasının ən böyük arzularından biri olub:
“Atam Heydər Əliyev dəfələrlə deyirdi ki, torpaqlarımız işğaldan azad olunacaq. Mən onun vəsiyyətini yerinə yetirdim. Bu, mənim üçün həm övlad kimi, həm də Ali Baş Komandan kimi ən böyük məsuliyyət idi”.
İlham Əliyev qeyd edib ki, 2020-ci il Vətən müharibəsi və Laçın, Kəlbəcər və Ağdamın döyüşsüz qaytarılması, 2023-cü ildə isə suverenliyin tam bərpası, Heydər Əliyevin siyasi kursunun davamı və nəticəsidir.
Prezident onu da vurğulayıb ki, hazırda Azərbaycan yalnız regionda deyil, beynəlxalq arenada da güclü və söz sahibi olan bir ölkədir:
“Biz bu gücü həm döyüş meydanında, həm də diplomatik sahədə əldə etdik. Və bu gün Şuşa kimi müqəddəs məkanda bu forumun keçirilməsi Azərbaycan reallıqlarının dünyaya təqdimatıdır”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a deyib ki, III Şuşa Qlobal Media Forumunun Xankəndidə təşkili ciddi siyasi proses olmaqla bərabər, həm də milli-mənəvi təntənə hesab olunmalıdır:
"5 il əvvələ qədər Qarabağ və Şərqi Zəngəzurun azad ediləcəyinə inamını itirmək üzrə olan, 2 il əvvələ qədər isə Xankəndiyə yalnız Cıdır düzündən baxa bilən Azərbaycan vətəndaşı üçün bu gün Xankəndidə qlobal media nəhənglərinin toplanması və elə Xankəndidən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması tam yeni mənəvi mərhələdir. Bu, eyni zamanda Azərbaycan xalqının vahidliyinin təcəssümü və Azərbaycan dövlətçiliyinin varisliyinin təmini baxımından ən uğurlu nümunə hesab edilməlidir. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev özünün vəsiyyətində bir nömrəli vəzifə kimi Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsini, həmin ərazilərdən məcburi köçkün düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtmasını müəyyən edirdi".
Deputat əlavə edib ki. Cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın tarixi haqqının bərpa edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması ilə yanaşı, həm də xalqımızın Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəsiyyətində ehtiva olunan idealların bərqərar olunması idi:
"Bu, dünya tarixində analoqu çox az görülən hadisədir. Təsadüfi deyil ki, III Şuşa Qlobal Media Forumunun iştirakçıları da məhz bu mövzuya toxunaraq dövlət başçımıza hislərini bölüşməyi xahiş etdilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya