Tkeşelaşvili: İlham Əliyevin liderliyi bütün dünyada yüksək qiymətləndirilir
19:04 24.09.2025
Siyasət
463
“Dünyada və Avropada çətin vəziyyət fonunda Azərbaycan və Ermənistan arasında baş verən son hadisələr ümidverici olmaqla yanaşı, həm də qürur doğurur.”
APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gürcüstanın sabiq xarici işlər naziri Eka Tkeşelaşvili Azərbaycan mediasına açıqlamasında bildirib.
Tkeşelaşvili Prezident İlham Əliyevin liderliyinin bütün dünyada yüksək qiymətləndirildiyini deyib.
“Azərbaycan Prezidentinin müdrikliyi, strateji baxışı və illərlə davam edən münaqişənin sülh yolu ilə həllinə göstərdiyi qətiyyətli iradəsi olmasaydı, bu gün də bölgədə “dondurulmuş münaqişə” davam edə bilərdi. Amma indi isə həm azərbaycanlılar, həm də ermənilər üçün sülh və gələcək əməkdaşlıq perspektivi yaranıb. Prezident İlham Əliyevin liderliyi həlledici rol oynayır. Bu, tamamilə yeni regional dinamikaya yol açır və Cənubi Qafqazı Orta Asiya ilə sıx şəkildə birləşdirir”, - o deyib.
Sabiq XİN rəhbəri ümid edir ki, bu proses uğurla davam edəcək və Zəngəzur dəhlizi də daxil olmaqla gələcək əməkdaşlıq xətləri reallığa çevriləcək:
“Bu, nəqliyyat imkanlarının şaxələnməsinə, iqtisadi rifahın isə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region xalqları, o cümlədən Orta Asiya ölkələri və Xəzəryanı dövlətlər üçün fayda gətirməsinə şərait yaradacaq”.
Diplomat onu da qeyd edib ki, bəzi xarici qüvvələr prosesin bu qədər müsbət və müstəqil olmasını istəmir.
“Amma Azərbaycan və Ermənistanın nümayiş etdirdiyi siyasi iradə və suveren mövqe sülhün reallaşmasına imkan verəcək. Burada beynəlxalq dəstək də çox vacibdir. Ona görə də həm region ölkələrinin iradəsi, həm də beynəlxalq dəstək birlikdə sülhün qorunması üçün mühüm “siper” rolunu oynaya bilər”, - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou