"Türkiyə Azərbaycanda hərbi iştirakını gücləndirmək istəyir” - ŞƏRH
09:41 07.03.2022
Siyasət
617
"Azərbaycanla Türkiyənin gözlənə biləcək təhlükələr fonunda strateji müttəfiqliyinə yeni məzmun yükləməsi başadüşüləndir"
“Azərbaycanla Türkiyə arasında bir ölkənin suverenliyinə təhlükə yaranacağı təqdirdə qarşılıqlı hərbi yardımın forma və ölçülərinin mexanizmləri hazırlanır”.
Bunu “Sherg.az”a siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bu barədə danışıb:
“Türkiyə baş diplomatının açıqlaması postsovet məkanında baş verən hadisələrin Azərbaycan-Türkiyə ikilisinə sıçramaması üçün hərbi immun sisteminin gücləndirilməsi anlamını verir. Bundan sonra Azərbaycanla-Türkiyə arasında hərbi əməkdaşlıq dərinləşəcək və Azərbaycanda yeni hərbi hissələrin yaradılması gözlənilir. Bağlı qapılar arxasında Türkiyədən Azərbaycana yeni silahların tədarükü məsələsinin də müzakirə olunduğu haqqında fikir yürütmək mümkündür.
Rusiya-Ukrayna müharibəsinin nəticələri təhdid elementlərini aradan qaldırmayacaq. Bu baxımdan Azərbaycanla Türkiyənin gözlənə biləcək təhlükələr fonunda strateji müttəfiqliyinə yeni məzmun yükləməsi başadüşüləndir. Əməkdaşlığın dərinləşməsi Azərbaycan-Türkiyə dəniz qüvvələri arasında da yeni fəaliyyət mexanizmi yarada bilər. Çavuşoğlunun açıqlamasından belə başa düşülür ki, Türkiyə Azərbaycanda hərbi iştirakını gücləndirmək istəyir”.
A.Kərimova görə, bunun mümkün hədəfləri var:
“Türkiyə bir daşla iki lövhəni vurur. Həm Cənubi Qafqazda yarana biləcək təhlükələrə qarşı möhkəmlənir, həm də Azərbaycanın təhlükəsizliyi üçün yeni qarantiya təqdim edir. Azərbaycan isə özünün hərbi strategiyasını yeni düzənə uyğunlaşdırır. Gələcəkdə Türkiyəyə qarşı hər hansı təhdidi dəf etmək planlarında aktiv iştirak edəcək. Bu, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin dünya nizamının öz oxundan çıxarılması cəhdlərində Azərbaycan və Türkiyənin daha təhlükəsiz mühitdə qərar tutmasına hesablanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm