
Vasitəçisiz görüş: Bakı və İrəvan sülh yolunu öz aralarında axtarır
09:43 11.07.2025
Siyasət
538
Zürriyə Qarayeva: Əbu-Dabi görüşünü sülh prosesinin başlanğıcı adlandırmaq hələ tezdir
10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat məlumatında bildirilib.
Qeyd edilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
“Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”, - məlumatda deyilir.
Politoloq Züriyə Qarayeva “Sherg.az”a bildirib ki, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi görüş, tərəflər arasında gərgin keçmişə baxmayaraq, birbaşa və konstruktiv dialoqun davam etdirildiyini göstərən əlamətdar hadisə oldu:

“Görüşün rəsmi açıqlamalarında sülh gündəliyinin müxtəlif aspektlərinin müzakirə edildiyi, delimitasiya prosesində əldə olunan nailiyyətlərin dəyərləndirildiyi və bu istiqamətdə konkret tapşırıqların verildiyi bildirildi. Bu isə tərəflərin normallaşma prosesinə yalnız prinsipial deyil, həm də texniki səviyyədə yanaşdıqlarını göstərir. Həmçinin görüş hər hansı vasitəçi ölkənin və ya beynəlxalq təşkilatın iştirakı olmadan keçirilib. Bu, Azərbaycan və Ermənistanın birbaşa dialoqu inkişaf etdirmək və məsələlərin həllini üçüncü tərəflərin siyasi maraqlarından asılı olmadan qurmaq istəklərini əks etdirir. Belə formatın davamlı olması ehtimalı kifayət qədər yüksəkdir. Çünki son illərdə vasitəçilərin iştirakı ilə keçirilən görüşlərin əksəriyyətində irəliləyişin zəif olması, ikitərəfli təmaslara olan inamı artırıb. Əgər bu praktika uğurlu nəticə verərsə, gələcəkdə bu cür vasitəçisiz görüşlərin intensivləşməsi mümkündür. Tərəflərin vasitəsiylə idarə olunan bu format, daha çevik və nəticəyönlü qərarların qəbuluna imkan yarada bilər”.
Politoloq qeyd edib ki, Əbu-Dabi görüşünü tam mənada sülh prosesinin başlanğıcı adlandırmaq hələ tezdir:
“Sülh müqaviləsinin imzalanmasına qədər tərəflər arasında ciddi fikir ayrılıqları mövcudluğunu qoruyur. Xüsusilə kommunikasiya xətlərinin açılması, hüquqi öhdəliklərin dəqiqləşdirilməsi və gələcək münasibətlərin əsas prinsipləri hələ də razılaşdırılmayıb. Lakin bu görüş, sülhə aparan yolun texniki və siyasi infrastrukturunun qurulmasında real addımların atıldığı bir mərhələ kimi qiymətləndirilir. Danışıqların davam etdirilməsi barədə və etimad quruculuğu tədbirlərinə dair razılığın əldə olunması isə qarşılıqlı iradənin hələ də qüvvədə olduğunu göstərir. Əbu-Dabi görüşü Ermənistan–Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı ola bilər. Lakin bu mərhələnin necə davam edəcəyi, tərəflərin nə dərəcədə siyasi iradə və çeviklik nümayiş etdirəcəyindən, həm də daxili və regional təsirlərdən necə sığortalandığından asılı olacaq. Vasitəçisiz görüşlərin davam etdirilməsi, nəticəyönlü dialoq üçün mühüm zəmin yaratsa da, sülhün təmin olunması üçün bu formatda ardıcıl siyasi iradə və konkret sənədlərlə nəticələnən qərarlar vacibdir”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi