
Yenilənmə mütləqdir, yeni nəfəs gəlməlidir - Rəy
21:43 16.09.2024
Siyasət
647
“Əgər vəziyyət partiya sədrlərinin yenilənməsinə çağırış kimi başa düşülürsə, bunu alqışlayıram”
Zəlimxan Məmmədli: “Mənim də quruculuğunda iştirak etdiyim Klassik Xalq Cəbhəsi Partiyası başda olmaqla digər partiyalarda yenilənməyə böyük ehtiyac var. Söhbət heç kimin şəxsiyyətindən getmir”
REAL Partiyasının sədri İlqar Məmmədovun istefasından, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin istefa xəbərindən sonra Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun da sədrlikdən gedəcəyi ilə bağlı xəbərlər yayılıb. KXCP sədri istefa qərarı almasında qeyri-adi heç nə olmadığını vurğulayıb: “Bütün təşkilatlarda “A” variantı istefadır. Bu isə partiya məclisinin səlahiyyətindədir. Məclis qərar qəbul etsə, qurultay olacaq. Qurultayda məsələyə baxılacaq. Proses çox sadə görünsə də, hər kəsin arzuladığı kimi deyil”. Başqa bir neçə partiyada sədrlərin istefa qərarına gəlməsinə münasibət bildirməyən Mirmahmud Mirəlioğlu KXCP-yə sədrlik edəcək "N" qədər adam olduğunu deyib. Sədr partiyadan getmək fikrinin olmadığını söyləyib: “Nəyin necə olmasından asılı olmayaraq siyasi fəaliyyətimi davam etdirəcəm”. Qeyd edək ki, sentyabrın 16-da KXCP-da keçirilən iclasda məsələ səsə qoyulsa da, M.Mahmudoğlunun istefa tələbi qəbul olunmayıb. Görünən odur ki, parlament seçkilərində arzulanan nəticələr əldə edə bilməyən bəzi partiya sədrləri istefa etmək niyyətinə düşüblər. Lakin hər partiya məsuliyyəti sadəcə sədrin üzərinə atmaq istəmədiyi üçün rəhbərlərin istefa qərarına "yox" deyirlər.
“Borçalı” İctimai Birliyinin keçmiş sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli "Sherg.az"a deyib ki, ümumiyyətlə, Azərbaycanda siyasi partiya və ictimai sektor liderlərinin dəyişmə, yeniləşmə ənənəsi yoxdur. Ekspertin sözlərinə görə, demokratik prinsiplərə söykənsək, müəyyən müddət sonra hər bir insanın öz resursunu xərclədiyini, yenilənmə zərurətinin ortaya çıxdığını söyləyə bilərik:

"Şəxsən mən bu prinsipə riayət edirəm. 10 il Sambo Federasiyasının prezidenti olmuşam. Hardasa, on il Borçalı İctimai Birliyinə sədrlik etmişəm və son vermişəm. O ki qaldı budəfəki seçkilərin nəticələrinə, bu, partiyaların yox, birbaşa ümumi seçki sisteminin məsuliyyətidir. Əgər vəziyyət partiya sədrlərinin yenilənməsinə çağırış kimi başa düşülürsə, bunu alqışlayıram. Yenilənmə mütləqdir, yeni nəfəs gəlməlidir. Fərqli liderlərə sınaq meydanı yaradılmalıdır. Bununla dünya dağılmayacaq ki? Həmin ənənə bizdə olmadığı üçün ortaya neqativlər çıxır. Seçki ibtidaidən aliyə təkamüldür. Mən parlament seçkilərində bir sıra obyektiv səbəblərdən iştirak etmədim və doğru qərar verdiyimi düşünürəm. Hansı partiyalar, onların rəhbərləri seçkilərə qatılıbsa, bu, onların haqqı, hüququdur. Eyniylə bəzi partiya sədrlərinin seçkidən sonrakı istefa qərarı da normal qarşılanmalıdır. Hətta bir partiyanın Ali Məclisinin sədrin istefa qərarını qəbul etməməsinə də təbii yanaşıram. Amma ümumən hesab edirəm ki, mənim də quruculuğunda iştirak etdiyim Klassik Xalq Cəbhəsi Partiyası başda olmaqla digər partiyalarda yenilənməyə böyük ehtiyac var. Söhbət heç kimin şəxsiyyətindən getmir. Hər insan bir müddət sonra yorulur, tükənir. Partiyada yeni nəfəsə, dinamik rəhbərliyə ehtiyac duyulur. Bunlar olmadıqda, partiyalar köhnə qaydalarla idarə olunacaq".
Z.Məmmədli vurğulayıb ki, siyasi quruluşumuz demokratiyanı sevməli və qəbul etməlidir: "Demokratiya iqnor olunduqca, sıxışdırıldıqca üçüncü qüvvələrin təsir imkanları genişlənir ki, bu da arzuolunan deyil. Bunu dəyişdirə bilsək, o zaman istefaların da hüquqi-fəlsəfi və legitim əsası olacaq. Arzumuz odur ki, əməli iş olsun, həqiqətən yeni qüvvələr gəlsin, yeni münasibətlər sistemi qurulsun. Mən buna gələcəyə hesablanmış strateji hazırlığın tərkib elementi kimi baxıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət