
Yücel Karauz: Türkiyə və Azərbaycan bölgədən kənar mövzulara da eyni prespektivdən baxırlar
11:47 11.12.2024
Siyasət
560
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlətimizin başçısı Prezident Rəcəb Təyyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb. Preziden Rəcəb Təyyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a bildirib ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələr Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik vəziyyətinə gəlib:

“İki dövlət və bir millətin övladları ölkə olaraq strateji müttəfiqlik halına gələrkən cənap Prezident İlham Əliyev və sayın cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan əsl qardaş oldular. Dolayısı ilə həm şəxsi, həm də dövlətlərarası qardaşlıq tarixin ən yüksək səviyyəsindədir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın getdiyi yol Şuşa Bəyannaməsinin və Türk Dövlətləri Təşkilatının (TDT) hədəflərinə uyğun olaraq fəaliyyət göstərir. Hər iki dövlətin başçısı tez-tez regional və qlobal mövzuları müzakirə edirlər. Təbii ki, Azərbaycanın uğurla yürütdüyü fəaliyyətlər çərçivəsindəki COP29 çox böyük naliyyətlərə səbəb oldu və dünyaya səs saldı. Türkiyə və Azərbaycan bölgədən kənar mövzulara da beynəlxalq insan haqları baxımından eyni prespektivdən baxırlar. Ona görə də Suriyada meydana gələn və normallaşma yolundan gedən hadisələrə, iqtisadi inkişafa hümanitar yardımlar mövzusunda da Azərbaycan və Türkiyə birgə əməkdaşlıq edəcək. Eyni zamanda Azərbaycan-Ermənistan əlaqələri və Cənubi Qafqaza sülhün gəlməsi üçün iki ölkə liderləri müzakirə etdilər. Liderlər arasında 2025-ci ildə ortaya qoyulan hədəflərin yol xəritəsi bəlli oldu. Azərbaycan-Türkiyə qardaşlığı əbədi, sonsuz və sarsılmazdır. Heç bir qüvvə Azərbaycan-Türkiyə və İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan qardaşlığına zərbə vura bilməz”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm