Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başa çatıb. İclasın prioritet gündəm bəndləri arasında Suriyadakı hadisələr olub.
Sherg.az xəbər verir ki, Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində Nazirlər Kabinetinin iclası başa çatıb. İclasda daxili və xarici hadisələr müzakirə edilib.
Dəməşqin süqutu, Suriyada 61 illik Baas rejiminin devrilməsi ilə birlikdə tarixi dönüş nöqtəsidir. Ankara Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin qorunub saxlanmasını əsas məqsədi kimi görür. Bölgədə baş verən proseslərə uyğun olaraq, Suriya Nazirlər Kabinetinin prioritet gündəm maddələri arasında yer alıb.