Laçında qəzada həlak olan hərbçilərlə vida mərasimi keçirilir - FOTO

Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu ilə vida mərasimi keçirilir.
APA-nın yeri bürosunun məlumatına görə, yol qəzasında həlak olan hərbi qulluqçumuzla vida mərasimi Gəncə şəhərində yerləşən evində keçirilir. Mərasimdə onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər ica hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edir. Vida mərasimindən sonra Həsən İsmayılov Gəncənin şəhidlər xiyabanında dəfin ediləcək. 28 yaşlı gizir ailəli olub, 2 övladı var.
Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu ilə də vida mərasimi keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, onunla vida mərasimi doğulduğu Xaçmaz rayonunun Sayad kəndində keçirilir. Vida mərasimində mərhumun yaxınları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən açıqlayıb ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.