Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 41 ölkədən 24 498 hava nəqliyyatı üzrə uçuş həyata keçirilib.
Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Hesabat dövründə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə və 3 767 aviareys (18,2%) çoxdur.
Belə ki, ötən ilin ilk 11 ayında Azərbaycana 35 ölkədən 20 727 aviareys təşkil olunmuşdu. Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib.
Belə ki, dövr ərzində Rusiyadan 7 157 reys həyata keçirilib ki, bu da 1 il əvvələ nisbətən 755 aviareys (11,8%) çoxdur.
Siyahıda növbəti pillədə Türkiyə qərarlaşıb. Belə ki, bu ölkədən Azərbaycana 5 365 uçuş olub. Bu isə əvvəlki ilin ilk 11 ayı ilə müqayisədə 194 aviareys (3,8%) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox hava nəqliyyatı üzrə uçuş həyata keçirən ölkələrin siyahısında 3-cü pillədə Birləşmiş Ərəb Əmirlikləri 2 942 aviareyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 771 aviareys (35,5%) çoxdur.
Bu dövrdə Gürcüstandan Azərbaycana 1846, Qazaxıstandan isə 808 avirayes təşkil edilib. Bu güstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 349 aviareys (23,3%) və 62 aviareys (8,3%) çoxdur.
Yalnız noyabrda isə Azərbaycana 2052 hava nəqliyyatı üzrə uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 120 aviareys (6,2%) çoxdur.