
"Sosial media vitrini": İnsanlar niyə olduqları kimi görünmək istəmir?
11:39 21.08.2025
Sosial
738
Psixoloq: Real həyatda necə davranmalıyıqsa, virtual məkanda da elə olmalıyıq
Sosial şəbəkələr müasir insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Burada insanlar özlərini istədikləri kimi təqdim edir, paylaşdıqları şəkillər və məkanlarla fərqli bir obraz yaradırlar. Çox vaxt bu paylaşımlar real həyatla üst-üstə düşmür. İstirahət anları, gözəl məkanlar və seçilmiş kadrlar adi günlərin yerini alır. Bu isə izləyicilərdə yanlış təsəvvür formalaşdırır. Nəticədə sosial şəbəkələrdə görünən həyat reallıqdan uzaq bir vitrini xatırladır. İnsanlar öz gündəlik həyatlarını deyil, arzuladıqları həyatı nümayiş etdirirlər.
Bəs bunu etməyin səbəbi nədir?
Sualımızı cavablandıran psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün artır:

“Estafetin sosial şəbəkələrə keçməsinin təbii bir proses olduğunu qəbul etmək lazımdır.Sosial şəbəkələr hardasa real həyatın aynasıdır. Real həyatda necə davranmalıyıqsa, virtual məkanda da elə olmalıyıq. Sosial mediada nümayiş olunan həyat reallığı tam əks etdirmir və bəzi hallarda cəmiyyətdə psixoloji gərginlik yaradır. İnformasiya kirliliyinin qarşısını almaq və insanları yanlış təsirlərdən qorumaq üçün daha keyfiyyətli və maarifləndirici məzmuna üstünlük verilməlidir. Psixologiyada mühüm bir bəhs var, adabtasiya problemi. Bu nədir? İnsan hər bir şeyə öyrəşir və istənilən təzə vərdiş bir müddət sonra adiləşir. İnsan bu adiləşmədən sıxılır və nəticədə bu sıxıntını aradan qaldırmaq üçün yenilik-yeni vərdiş axtarışına çıxır. Sosial şəbəkələr daim və hər an yeni məlumatlar ötürdüyü üçün insanın bu tələbatını, yəni yeniliyə ehtiyacını ödəyir. Nə edək? Təbii ki, müasir dövrdə sosial şəbəkələri bağlamaq qeyri-mümkündür. Bir yol var,o da sosial şəbəkələrdən düzgün istifadə etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm