
"Adını mən qoydum, yaşını Allah versin": Adların həyatımızdakı rolu
12:38 21.02.2024
Sosial
963
Ötən il 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adı verilib. Bundan əlavə, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub. Həmçinin, 263 uşağa Günəş adı verilib. Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adı qoyulub. Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.
Adlarımız həyatımız boyu ən çox eşitdiyimiz sözdür. Bu sözün yaxşı səslənməsi, müsbət aura yaratması çox önəmlidir. Bəs, ad seçimi edərkən nəyə diqqət etməliyik? Yanlış ad seçimi uşağın psixologiyasına necə təsir edə bilər?
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, hər bir valideyn yeni doğulan körpəsinə onların gələcəkdə qürur duyacağı, çağrıldıqda yaxşı hiss edəcəyi adlar verməlidir:

"Bizim həyatımızda adların çox böyük önəmi və enerji gücü mövcuddur. Bu nüansın gələcəkdə insanın necə şəxsiyyət olmağına dair təsiri var. Ad verərkən elə seçim etmək lazımdır ki, bununla o şəxsin özgüvəni yüksəlsin. Bəzən elə qədimi adlar verilir ki, uşaq böyüyüb hər şeyi dərk etdikdə bundan utanır. Həmçinin, həmin şəxsin məktəb və universitetdə ətrafı da onu məsxərəyə qoyur. Bu zaman isə kompleks yaradaraq hər kəsdən çəkinir və hansısa sahədə yüksəlmək belə istəmir. Ona görə də ilk baxışdan sadə görünən adqoyma əslində çox ciddi və məsuliyyətli bir işdir. Uşağa ad seçərkən mütləq onun ifadə etdiyi mənaya diqqət etmək lazımdır. Heç bir məna ifadə etməyən, yalnız səs yığınından ibarət olanların əvəzinə pozitiv anlamlı adların seçilməsi daha uyğun olar. Həmçinin, məsələyə müasirlik prinsipindən də yanaşmaq lazımdır. Həm də seçərkən elə adlara üstünlük verməliyik ki, bu bütün yaş dövrlərinə uyğun olsun və hər vaxtda yaxşı səslənsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual