
Azərbaycan əhalisinin 78 faizi sülh istəyir -Rəy
08:06 22.02.2024
Sosial
751
Ermənistan sülhə gəlmirsə, biz onlardan rica edən də deyilik
Cəmiyyətimiz haqqın bərpa olunmasını görür və humanist yanaşaraq sülhə tərəfdarlığını ifadə edir
Azərbaycanda respondentlərin 78.2 faizi Ermənistanla sülh prosesini dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Fevral ayında keçirilən sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi” sualına insanların 78.2 faizi “bəli, dəstəkləyirəm”, 19.5 faizi “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.3 faiz cavab verməkdə çətinlik çəkib.
Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdim etmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.
Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, respondentlər arasında yaş artdıqca, sülh müqaviləsinə müsbət münasibətdə artım qeydə alınır. Ali təhsillilər arasında müsbət mövqe orta təhsillilər ilə müqayisədə daha çox üstünlük təşkil edir.
Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edir.
Sözügedən sorğunu şərh edən Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, cəmiyyətin sülhə meyilli olması indiki halda normaldır. Dövlətin mövqeyi də qonşularla sülh şəraitində olmaqdır:

“İlk dəfə sülhü də biz təklif etmişik Ermənistana. Bununla da, beynəlxalq aləmdə sülh tərəfdarı olaraq mövqeyimizi bir daha təsdiqləmişik. Cəmiyyətin sülhə səs verən hissəsini bu baxımdan anlamaq çətin deyil. Ancaq Ermənistanın qeyri-stabil siyasət aparması, tez-tez mövqeyində manevrlər etməsi və sülh prosesinə gedişdə qeyri-ciddi hərəkətləri bir qisim insanlarda sülhə meyli zədələyir. Çünki Ermənistana etibar etmirlər. Bir qisim də bizim ata-baba yurd yerlərimizə qayıdış arzusunun tam gerçəkləşməsi üçün sülhə lüzum olmadığını düşünür. Məntiqlə sülh Ermənistana daha çox lazımdır. Dövlət başçımız cənab İlham Əliyev inauqurasiya mərasimində qeyd etdi ki, sülh imzalanmasa belə, Azərbaycan üçün heç nə dəyişmir. Bu, həqiqətən belədir. Çünki biz qalib ölkəyik. Erməni tərəfi sülh imzalasa, özlərinin bir növü sığortalanmasına nail ola bilərlər. Ancaq imzalanmasa, özləri üçün növbəti iflas hazırlamış olacaqlar. Ona görə ki, onların sülhdən qaçış niyyəti yalnız və yalnız revanşist fikirdən doğur və gələcəkdə müharibəyə yer saxlayır. Odur ki, Ermənistan sülhə gəlmirsə, biz onlara rica edən də deyilik. Fəqət bu, sülh olsa, ümumi işin xeyrinə olardı.
Cəmiyyətimiz haqqın bərpa olunmasını görür və humanist yanaşaraq sülhə tərəfdarlığını ifadə edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual