
Hüquq müdafiəçisi: Müəllimlərin əvvəlki nüfuzu qaytarılmalıdır
09:16 22.02.2024
Sosial
673
Valideyn evdə islah edə bilmədiyi uşağı müəllimə tapşırırdı
Təcrübə göstərir ki, məktəb həyatının uşaqlara ötürdüyü dəyərlər daha güclü olur
“Müəllim-şagird münasibətinə yenidən baxılmalıdır. Əgər proses tənzimlənməsə, növbəti dövrlərdə də biz belə halların daha da artdığını müşahidə edəcəyik”
Uşağı düzgün tərbiyə etməyən valideynlər məsuliyyət daşıyacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq hüquqları haqqında” qanun layihəsi hazırlayır. Layihədə uşaqların bu cür aqressiv davranışlarının qarşısını almayan valideynlər üçün də məsuliyyət nəzərdə tutulur.
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə “Sherg,az”a açıqlamasında deyib ki, ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir.
Xüsusilə son illər inkişaf etmiş dövlətlərdə ailə münasibətləri prioritet məsələlərdən birinə çevrilib.
X.Teyyublunun sözlərinə görə, Azərbaycan cəmiyyətində baş verən köklü, əsaslı dəyişikliklər həyat və fəaliyyətin bütün sahələrinə, o cümlədən ailədaxili münasibətlərin formalaşmasına ciddi şəkildə təsir göstərib və təsir göstərməkdə davam edir:
“Bunun isə bir sıra sosial-psixoloji əsasları var. Cəmiyyət həyatında baş verən dəyişikliklər, iqtisadi-siyasi sistemin dəyişməsi bir tərəfdən özünü sosial, hüquqi təsirini göstərirsə, digər tərəfdən də mənəvi-əxlaqi dəyişikliklərə səbəb olur. Cəmiyyət həyatında baş verən dəyişikliklər, insanlardan bir tərəfdən dünya dövlətlərinə inteqrasiyanı tələb edirsə, digər tərəfdən də milli xüsusiyyətlərimizin, adət-ənənələrin qorunmasını, inkişaf etdirilməsini tələb edir. Bütün bunlar həm ayrı-ayrı şəxslərin həyat və düşüncə tərzinə təsir göstərir, həm də bütövlükdə ailə həyatına, ailədaxili münasibətlərə təsir göstərir. Lakin insanlar cəmiyyət həyatında baş verən belə dəyişikliyə psixoloji baxımdan hazır deyillər və bu hal cəmiyyətdə, eləcə də ailələrdə bir sıra problemin yaranmasına səbəb oldu.
Son günlər yaşanan xoşagəlməz hadisələr də kifayət qədər narahatlıq doğuran məsələlərdir”.

X.Teyyublunun sözlərinə görə, bu hadisələrin kökü uşaq bağçalarında, orta məktəblərdə təlim-tərbiyənin düzgün qurulmamasından gedir. Sanki zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.
Sözügedən qanun layihəsinə gəldikdə isə X.Teyyublu hesab edir ki, uşaqların hər hansı bir aqressiv davranışına görə valideynlər yalnız mənəvi məsuliyyət daşıya bilər:
“Uşaqların tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb boya-başa çatdığı ailəsi ilə bağlıdır. Deməli, bir uşaq hansısa bir cinayət əməli törədirsə, bu artıq təkcə valideynin yox, cəmiyyətin, ətraf mühitin, məktəbin də problemidir. Təcrübə göstərir ki, məktəb həyatının uşaqlara ötürdüyü dəyərlər daha güclü olur.
Ata-ananın tərbiyə prosesində nə qədər böyük rolu varsa, məktəb və müəllimin də bir o qədər əməyi var. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Xüsusən də, müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur. Lakin bu sahədə bizdə kifayət qədər boşluqlar və çatışmazlıqlar var. Müəllim-şagird münasibətinə yenidən baxılmalıdır. Əgər proses tənzimlənməsə, növbəti dövrlərdə də biz belə halların daha da artdığını müşahidə edəcəyik.
Mütləq şəkildə müəllimlərin əvvəlki nüfuzu qaytarılmalıdır. Valideyn evdə islah edə bilmədiyi uşağı müəllimə tapşırırdı. “Əti sənin, sümüyü mənim” deyirdi. Ona görə də ozamankı uşaqların bir qismi ali təhsil görməsə də, normal vətəndaş, normal sənət sahibi olurdu. Amma indi uşaqların hüquqları adı altında müəllimlər gözdən salınır. Müəllimlər uşaqların nə təhsilinə, nə tərbiyəsinə müdaxilə edə bilmir. Müəllimlər tərbiyəçi rolundan tamamilə kənarlaşdırılıb, bütün məsuliyyət valideynlərin üzərinə atılıb. Bu isə düzgün yanaşma deyil. Uşaqların tərbiyəsində məktəb ailələrlə müştərək işləməlidir. Əks halda uşaqların tərbiyəsi istədiyimiz formada olmayacaq. Uşaqların əməllərinə görə valideynlərin cəzalandırılması belə çıxış yolu deyil. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Kişi müəllimlərin təhsilə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual