
Müdafiə və milli təhlükəsizlik sistemində çalışanların əməkhaqqıları... -AÇIQLAMA
11:22 20.11.2024
Sosial
480
Müdafiə və milli təhlükəsizliyimizi təmin edən şəxslərin əməkhaqqılarının artımına diqqət yetirilməlidir ki, onlar digər yollarla əlavə qazanclar barədə düşünməsin.
Bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması dövlətin əsas milli marağı olmalıdır: "İnvestisiya qoyuluşunun azalması birbaşa milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilməlidir. Bizim 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Sonra strateji yol xəritəsi hazırlandı. Dövlət müəssisələrinin daha rentabelli fəaliyyətinin təmini, kadr potensialı, investisiya qoyuluşu həmin strategiyada əksini tapıb. Digər məsələ odur ki, yağış yağdı və gördük ki, kanalizasiya sisteminin qurulmasına milyardlarla manat vəsait tələb olunur. Büdcədə ayrılmış xərclərin hər birini artırmaq lazımdır. Bu baxımdan biz büdcənin gəlirlərini artırmaq haqda düşünməliyik. Neftin qiyməti büdcədə 70 dollar nəzərdə tutulub. Rusiya-Ukrayna arasında müharibə gedir və Qərb ölkələri neftin qiymətinin aşağı düşməsi üçün addımlar atır. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınması proqnozlaşdırılan dividendin həcmi çox azdır. Onun da 450 milyon manatını Dövlət Neft Şirkəti, yerdə qalanlar isə 150 milyon manatını ödəyəcək. Bu, çox azdır. Biz özəlləşdirməyə getməliyik, bunsuz köklü dəyişiklik olmayacaq”.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, həm müdafiə sistemində, həm hüquq mühafizə orqanlarında, həm də təhlükəsizlik sistemində çalışan əməkdaşların əməkhaqqları, onlara ödənilən mükafatlar, fəaliyyətinin stimullaşdırılması, kifayət qədər vacib məqamlardan biridir:

“Azərbaycanda bu proses bir neçə formada həyata keçirilir. Yəni əmək haqqlarının ödənilməsi müxtəlif formalarda vahid əməkhaqqı sistemindən kənar, əlavə ödənişlərlə baş tutur. Məsələn Yol Polislərinin xidməti dövründə onların aşkar etdikləri pozuntular zamanı tətbiq edilən cərimələrin müəyyən faizləri əməkhaqqlarına əlavə edilir. Eyni zamanda polis əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mükafatlar, təltiflər, əməkhaqqına əlavələr, məzuniyyət və mütəmadi olaraq ezamiyyət xərclərinin əməkhaqqına əlavə edilməsi mexanizmləri mövcuddur. Hüquq mühafizə orqanları, təhlükəsizlik və ordu sistemində də olan vətəndaşlarımız üçün bir sıra həvəsləndirici əlavələr əməkhaqqlarına yüklənir. Təbii ki, bunlar vacib olan şərtlərdən biridir. Dünya praktikasında belə bir forma mövcuddur. Bu praktika Azərbaycanda da tətbiq olunur. Hətta bura məhkəmə sistemini də əlavə edə bilərik. Yəni məhkəmə sistemində çalışan hakimlərin əməkhaqqına əlavələr və mükafatlar əlavə edilə bilər. Hesab edirəm ki, qeyd edilən sektor üzrə çalışanların əmək haqqı aşağı deyil, lakin yüksək də deyil. Bu mənada qaynaqlar daha da genişləndirilməli, onları həvəsləndirilmək, stimullaşdırmaq və rüşvət, korrupsiya verilməməsi üçün bu kimi praktik addımlar atılmalı və əməkhaqqına olunan əlavələrin həcmi yüksəldilməlidir. Bu həm ölkədə sabitliyin, həm də rüşvətin də azalmasına gətirib çıxara bilir. Dəfələrlə praktika ərzində bunun şahidi olmuşuq. Sözügedən sahədə çalışan işçilərin əməkhaqqlarını artırmaq lazımdır. Birbaşa cəmiyyətlə ünsiyyətdə olan, müxtəlif kateqoriyalı ətəndaşlarla birbaşa işləyən təhlükəsizlik, polis, hüquq mühafizə orqanları və ordu mənsublarımızında ünsiyyət zamanı daha çox neqativ halların çıxmaması üçün əlavə artımlara və əməkhaqqı bazasının yüksəldilməsinə ciddi ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm