Sosioloq: Həkimlər və müəllimlər aqressiyaya ən çox məruz qalan insanlardır
11:36 10.12.2024
Sosial
523
Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb.
"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, çağırışa gedən həkim Mətin Arif oğlu Səmədov xəstənin yaxınları tərəfindən döyülüb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bu vəziyyət insanların nə qədər psixoloji gərginlik altında yaşadığının göstəricisidir:
“Bir cəmiyyətdə ki, insanlar həkimlərə belə hücum edirlərsə, bu o deməkdir ki, artıq nə dözümlülük, nə empatiya, nə də başqasının fikrinə hörmət qalıb. Yəni bütün hallarda insanlar, aqressiya ilə yüklənib. Hamı aqressiyasını başqasının üstünə boşaltmağa hazırlaşır. Həkimlər və müəllimlər aqressiyaya ən çox məruz qalan insanlardır. Çünki insanlarla çox işləyirlər. Mən hətta şahidi olmuşam ki, anadangəlmə bağırsaq çıxışı olmayan uşağa görə ata ginekoloqu döyüb ki, "sən yaxşı ginekoloq olsaydın, doğuş prosesində mənim uşağımın bağırsaq çıxışı qaydasında olardı". Təsəvvür edin ki, insan bunun anadangəlmə vəziyyət olduğunu dərk etmir. Yəni bu proses doğuşda olmayıb, insanın ana bətnində anomaliya ilə inkişaf etməsi və anomaliya ilə doğulması deməkdir. Ehtimal edirəm ki, burada da həkimin döyülməsində, onun günahı yoxdur. Sadəcə həmin an insan o qədər aqressiv, o qədər dözümsüz olur ki, mütləq qaydada əsəbini başqasından çıxarmaq ehtiyacı hiss edir. Metroda, avtobusda, səkidə, və hər yerdə bu cür insanlar var. Tək həkimlərə qarşı deyil. Onlar bir himə bənddirlər ki, başqasına qarşı güc tətbiq eləsinlər, zorakılıq göstərsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region