
Sosioloqdan sərt tənqid: Gənclər ailə dağıtmağı adi bir məsələ kimi qəbul edirlər
10:51 19.11.2024
Sosial
475
2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb
Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, 36 min 651 nikaha qarşı 15 min 964 boşanma halı ailə quranların yarısının boşanması deməkdir:

“Bu rəqəm, necə deyərlər, insanın canına üşütmə salır. Belə bir qənaətə gəlmək olar ki, bizim illərdən, əsrlərdən bəri qurub-yaratdığımız, göz bəbəyi kimi qoruduğumuz ailə institutu dağılır və ailə dəyərlərimiz məhv olur. Bu qədər boşanma halı bizim cəmiyyətimiz üçün olduqca dəhşətli rəqəmdir. Ümumiyyətlə müasir dövrdə boşanmaların bir sıra səbəbləri var. Onlardan ən birincisi, cəmiyyətdə ictimai qınaq silahının zəif işləməsidir. Vaxtilə bir ailədə söz olanda ona qohum-qonşu, daha sonra el qınağı, cəmiyyətin münasibəti olardı. Bu gün isə sosial həyat insanları bir-birindən o qədər uzaq salıb ki, yaxin qohumlar belə bir-birini aylarla görmür, həmin ailədəki problemi haradan biləcəklər?. Sonda isə eşidirik ki, filan ailə dağıldı. Aid qurumların gənc ailələrlə işi zəif şəkildə qurması, məktəblərdə yuxarı sinif şagirdləri, ali təhsil müəssisələrində gənclər arasında maarifləndirmənin olmaması da ailələrin dağılmasında az rol oynamır. Digər tərəfdən isə indi gənclərdə bir dözümsüzlük hiss olunur. Onlar sanki ailədə qarşıya çıxan çətinliklərə, problemlərə sinə gərə bilmirlər. Hər şeyin asanlıqla, tez bir vaxtda həll olmasını arzulayırlar. Həm də ailəyə ciddiyyətlə yanaşmırlar”.
Ekspertin sözlərinə görə əvvəlki illərdə ailə dağıtmaq qəbahət hesab olunsa da, indi gənclər bunu adi bir məsələ kimi qəbul edirlər:
“Beləliklə də dözümsüzlük, səbrsizlik tərəflərin bir-birinə qarşı sayğısızlığına çevrilir. Onlar üçün boşanmaq da adiləşməyə başlayır. Çox təəssüf ki, ölkəmizdə ailə institutunun vəziyyəti bu formaya düşür. 9 ay ərzində 15 mindən çox ailənin dağılması nə deməkdir? Düşünürəm ki, əksər valideynin də bu məsələdə günahı var. Çünki yeni qurulan ailələr ata-ana ilə birlikdə yaşasalar da, ayrı yaşasalar da böyüklər hər zaman onlara nəzarət etməli, tövsiyə verməli, nəyin bahasına olursa olsun, ailənin dağılmasına yol verməməlidirlər. Görünür ya valideynlər məsuliyyətini itirib, ya da gənclər onları dinləmir. Bu qədər boşanma halı hansı səbəbdəndir, nə üçündür sualı təcili olaraq araşdırılmalı, ailələrin belə asanlıqla boşanma halının qarşısının alınması üçün bir proqram işlənməli, qanun qəbul edilməlidir. Ailə uşaq oyuncağı deyil ki, bu gün sındısa, sabah gedib mağazadan yenisini alıb ağlayan uşağı sakitləşdirəsən".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm