
Süni qiymət artımı: Şadlıq saraylarının menyuları əl yandırır
10:40 21.02.2024
Sosial
517
2024-cü ilin yanvar ayında şadlıq saraylarında sifarişlərin sayı 6.5 faiz artıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, eyni zamanda, şadlıq saraylarında yanvar ayında qiymətlər 5.6 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.2 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 5.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.9 faiz artım qeydə alınıb.
Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb. Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyanın hələ də aktiv olması ilə əlaqələndirilir. Ərzaq məhsulları üzrə illik inflyasiya 2.5 faiz olub.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı -ekspert Eyyub Kərimli bildirib ki, bunun suni qiymət artımından qaynaqlandığı bəllidir:

"Yanvar ayının statistikasına əsasən, ərzaq məhsullarında qiymət artımı 2-3 faiz göstərilsə də, xidmət sahələrində 10 faizə yaxın bahalaşma müşahidə olunur. Günümüzdə restoranlar və şadlıq evləri səbəbsizcə qiyməti qaldırırlar. Doğrudur, digər sahələrdə qiymət artımı baş verib. Bu isə əməkhaqqı və icarə dəyərinin yüksəlməsi ilə əlaqədardır. Düşünürəm ki, süni qiymət artımı doğru yanaşma deyil və mütənasibliyin pozulması hesab olunur. Bunun qarşısını almaq üçün sağlam rəqabət mühitinin təşkil olunmasına ehtiyac var. Çünki bu cür halların baş verməsi məhdudlaşdırılır. Həmçinin, bazarda böyük əhəmiyyət kəsb edən bir çox şadlıq sarayları bir nəfərə məxsusdur və xərcləri az olsa da, istədikləri qiyməti təyin edirlər. Əslində, prosses tələb və təklif əsasında formalaşmalıdır. Hesab edirəm ki, aidiyyatı qurumlar tərəfindən nəzarət olunmalı və obyektlərdə monitorinqlər keçirilməlidir. Sözsüz ki, təbii rəqabət əsasında qiymətlərin tənzimlənməsi təmin oluna bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual