Cenniferə ad günündə sevgilisindən 300 minlik hədiyyə 



Ötən gün 50 yaşını qeyd edən dünya şöhrətli ifaçı Cennifer Lopezə sevgilisi Aleks Rodrigez son model "Porsche" avtomobili hədiyyə edib.
Axşam.az bildirir ki, bu anlar paparazzilərin obyektivinə yaxalanıb.
Lopez avtomobilinə minərək Mayami turu da edib. Bildirilir ki, avtomobilin qiyməti 187 min dollardır (təxminən. 311 min manat). Hədiyyəsini alandan sonra müğənni ad günü partisinə yollanıb.
Qızılı rəngli dekorlarla bəzənən villada baş tutan parti səhərədək davam edib.
Doğum günü zamanı CeyLonun şərəfinə fişənglər də partladılıb.