Mələkxanım "Sildim" dediyi qardaşı övladları ilə barışdı


Xalq artisti Mələkxanım Əyyubova küsülü olduğu qardaşı uşaqları Vüsal, Ramal, Valeh İsrafilovlarla barışıb.

Lent.az -ın məlumatına görə, xanəndə qardaşı və qardaşı uşaqlarının qatıldığı "Zaurla Günaydın" verilişinin canlı efirinə zəng edərək onları barışdıqlarını bildirib:

"Bizim nəslimiz gözəl olub hər zaman.Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur.Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun.Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın".

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkədə 3 qızın lüt videosu yayılmışdı. Məhz həmin videonun yayılmasında müğənni Valeh İsrafilovun əli olduğu deyilirdi. Həmin vaxt M.Əyyubova mətbuata açıqlama verərək, qardaşı övladlarını qohumluqdan sildiyini demişdi.